https://sputnik.az/20240416/azerbaycanda-internet-provayderlerin-ucotu-aparilir-453101964.html
Azərbaycanda internet provayderlərini cərimələdilər
Azərbaycanda internet provayderlərini cərimələdilər
Sputnik Azərbaycan
Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə... 16.04.2024, Sputnik Azərbaycan
2024-04-16T13:33+0400
2024-04-16T13:33+0400
2024-04-16T14:09+0400
internet
cəmiyyət
provayder
azərbaycan
rəqəmsal
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42205/51/422055125_0:63:3072:1791_1920x0_80_0_0_95ccdded2a1eb5a09ae8abc4abb9acca.jpg
BAKI, 16 aprel — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdən yayınan "Fibernet" və "ButaTelecom.az" MMC-ləri cərimələyib. Bu barədə İKTA məlumat yayıb.Bildirilir ki, adıçəkilən provayderlər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında məhkəmə qərarları qəbul edilib. İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmət bazarlarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir. Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək. Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir. 28.03.23, 15:31Azərbaycanda internet provayderlərin uçotu aparılırRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin, o cümlədən host provayderlərin uçota alınmasına başlayır. Bu barədə İKTA-dan məlumat verilib. Bildirilir ki, "Telekommunikasiya haqqında" Qanunun və "İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"nın tələblərini nəzərə alaraq, Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlər qeydiyyatdan keçməlidir. İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər, o cümlədən host provayderlər "Elektron hökumət" portalına (https://e-gov.az/az/services/read/3731/) daxil olaraq autentifikasiyadan keçməklə və ərizə göndərməklə uçota durmalıdır. Uçota durma üçün ərizə bu elan dərc edildiyi tarixdən başlayaraq 15 gün ərzində verilməlidir. Qeyd edilən tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42205/51/422055125_259:0:2990:2048_1920x0_80_0_0_5872110e71660e171f9078e491b71142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
internet, provayder, azərbaycan, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
internet, provayder, azərbaycan, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
Azərbaycanda internet provayderlərini cərimələdilər
13:33 16.04.2024 (Yenilənib: 14:09 16.04.2024) Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək.
BAKI, 16 aprel — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdən yayınan "Fibernet" və "ButaTelecom.az" MMC-ləri cərimələyib. Bu barədə İKTA məlumat yayıb.
Bildirilir ki, adıçəkilən provayderlər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında məhkəmə qərarları qəbul edilib.
İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmət bazarlarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.
Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Azərbaycanda internet provayderlərin uçotu aparılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin, o cümlədən host provayderlərin uçota alınmasına başlayır.
Bu barədə İKTA-dan məlumat verilib.
Bildirilir ki, "Telekommunikasiya haqqında" Qanunun və "İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası"nın tələblərini nəzərə alaraq, Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlər qeydiyyatdan keçməlidir.
İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər, o cümlədən host provayderlər
"Elektron hökumət" portalına (
https://e-gov.az/az/services/read/3731/) daxil olaraq autentifikasiyadan keçməklə və ərizə göndərməklə uçota durmalıdır.
Uçota durma üçün ərizə bu elan dərc edildiyi tarixdən başlayaraq 15 gün ərzində verilməlidir.
Qeyd edilən tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.