https://sputnik.az/20240415/zaqatalada-iki-qohum-pomidor-tursusundan-zeherlenib-463946309.html
Zaqatalada iki qohum pomidor turşusundan zəhərlənib
Zaqatalada iki qohum pomidor turşusundan zəhərlənib
Sputnik Azərbaycan
Onlar Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib. 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T18:07+0400
2024-04-15T18:07+0400
2024-04-15T18:07+0400
pomidor
turşu
cəmiyyət
zaqatala
zəhərlənmə
xəstəxana
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435188932_0:0:2991:1683_1920x0_80_0_0_d9018eb9facbf8b9e01b07077385d257.jpg
BAKI, 15 aprel — Sputnik. Aprelin 14-də saat 18:00 radələrində Zaqatala rayon Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) qida zəhərlənməsi şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.Aprelin 15-də səhər saat 05:00 radələrində Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib. Bu barədə APA-nın yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, 1963-cü il təvəllüdlü digər şəxs (kişi cinsli) isə bu gün saat 13:13-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda Toksikologiya Mərkəzinə təxliyə edilir. Botulizmə şübhə olduğundan ailənin digər üzvləri də profilaktik olaraq xəstəxanaya dəvət olunub, müvafiq tibbi yardımlar göstərilib. Ambulator müayinə üçün Bakı şəhərinə göndərişlə təmin ediliblər. Xatırladaq ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435188932_260:0:2991:2048_1920x0_80_0_0_bd9e070d19970e4cef6a2f02620b83d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pomidor, turşu, zaqatala, zəhərlənmə, xəstəxana
pomidor, turşu, zaqatala, zəhərlənmə, xəstəxana
Zaqatalada iki qohum pomidor turşusundan zəhərlənib
Onlar Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib.
BAKI, 15 aprel — Sputnik. Aprelin 14-də saat 18:00 radələrində Zaqatala rayon Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) qida zəhərlənməsi şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Aprelin 15-də səhər saat 05:00 radələrində Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib. Bu barədə APA-nın yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 1963-cü il təvəllüdlü digər şəxs (kişi cinsli) isə bu gün saat 13:13-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda Toksikologiya Mərkəzinə təxliyə edilir. Botulizmə şübhə olduğundan ailənin digər üzvləri də profilaktik olaraq xəstəxanaya dəvət olunub, müvafiq tibbi yardımlar göstərilib. Ambulator müayinə üçün Bakı şəhərinə göndərişlə təmin ediliblər.
Xatırladaq ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.