https://sputnik.az/20240415/tacikistan-turkiye-vetendaslari-ucun-viza-rejimi-tetbiq-edecek-463941844.html
Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək
Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək
Sputnik Azərbaycan
Aprelin 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin Tacikistan vətəndaşları üçün viza rejimini bərpa etdiyi barədə məlumat yayılıb. 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T20:36+0400
2024-04-15T20:36+0400
2024-04-15T20:36+0400
türkiyə
dünya xəbərləri
tacikistan
viza
https://cdnn1.img.sputnik.az/img/41260/45/412604594_0:160:3075:1889_1920x0_80_0_0_cb98907d24b59749427d302b0405fef1.jpg
BAKI, 15 aprel — Sputnik. Tacikistan hökuməti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib. Bu barədə "Xovar" dövlət agentliyi Tacikistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, qərar qarşılıqlılıq prinsipinin həyata keçirilməsi məqsədilə qəbul edilib və ümumi vətəndaş pasportu olanlara şamil ediləcək. Aprelin 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin Tacikistan vətəndaşları üçün viza rejimini bərpa etdiyi barədə məlumat yayılıb. Qərar "Əcnəbilər və beynəlxalq müdafiə haqqında" qanun əsasında qəbul edilib. Türkiyənin Düşənbədəki səfirliyindən verilən məlumata görə, viza rejimi aprelin 20-dən fəaliyyətə başlayacaq, Türkiyə ərazisindən tranzit səfərlər hava limanlarının neytral zonasında olmaq şərti ilə vizasız olaraq qalacaq. Diplomatik nümayəndəlik viza rejiminin müvəqqəti tədbir olduğuna ümid etdiyini bildirib. Aprelin 6-da Tacikistan Xarici İşlər Nazirliyi qərarı şərh edərək, bu barədə diplomatik kanallar vasitəsilə əvvəlcədən məlumat almadıqlarını, vətəndaşlara tranzit səfərlər üçün Türkiyədən ölkə kimi istifadə etməyi tövsiyə etmədiklərini qeyd ediblər. Bildiriblər ki, Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməyi düşünürlər. Aprelin 7-də "Xovar" dövlət agentliyi Tacikistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, Tacikistan Ankaradan rəsmi bildiriş alıb. Tacikistan Xarici İşlər Nazirliyinin Baş Konsulluq İdarəsinin saytında verilən məlumata görə, əvvəllər ümumi vətəndaş pasportlarına malik Tacikistan vətəndaşları Türkiyəyə 30 gün müddətinə vizasız gedə bilirdilər. Xidməti pasport sahibləri üçün 60 günə qədər, diplomatik pasportlar üçün isə 90 günə qədər vizasız giriş mümkün idi. Türkiyə vətəndaşları da 30 günə qədər Tacikistana vizasız gələ bilərdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41260/45/412604594_171:0:2902:2048_1920x0_80_0_0_0f811feab962f956fbf3a34bcb4b5f9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, tacikistan, viza
türkiyə, tacikistan, viza
Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək
Aprelin 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin Tacikistan vətəndaşları üçün viza rejimini bərpa etdiyi barədə məlumat yayılıb.
BAKI, 15 aprel — Sputnik. Tacikistan hökuməti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib. Bu barədə "Xovar" dövlət agentliyi Tacikistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda qeyd edilir ki, qərar qarşılıqlılıq prinsipinin həyata keçirilməsi məqsədilə qəbul edilib və ümumi vətəndaş pasportu olanlara şamil ediləcək.
"Türkiyə vətəndaşları Tacikistan Respublikasının xaricdəki səfirliklərində və konsulluqlarında Tacikistan Respublikasının vizasını ala bilərlər", - məlumatda bildirilir.
Aprelin 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin Tacikistan vətəndaşları üçün viza rejimini bərpa etdiyi barədə məlumat yayılıb. Qərar "Əcnəbilər və beynəlxalq müdafiə haqqında" qanun əsasında qəbul edilib. Türkiyənin Düşənbədəki səfirliyindən verilən məlumata görə, viza rejimi aprelin 20-dən fəaliyyətə başlayacaq, Türkiyə ərazisindən tranzit səfərlər hava limanlarının neytral zonasında olmaq şərti ilə vizasız olaraq qalacaq. Diplomatik nümayəndəlik viza rejiminin müvəqqəti tədbir olduğuna ümid etdiyini bildirib.
Aprelin 6-da Tacikistan Xarici İşlər Nazirliyi qərarı şərh edərək, bu barədə diplomatik kanallar vasitəsilə əvvəlcədən məlumat almadıqlarını, vətəndaşlara tranzit səfərlər üçün Türkiyədən ölkə kimi istifadə etməyi tövsiyə etmədiklərini qeyd ediblər. Bildiriblər ki, Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməyi düşünürlər. Aprelin 7-də "Xovar" dövlət agentliyi Tacikistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, Tacikistan Ankaradan rəsmi bildiriş alıb.
Tacikistan Xarici İşlər Nazirliyinin Baş Konsulluq İdarəsinin saytında verilən məlumata görə, əvvəllər ümumi vətəndaş pasportlarına malik Tacikistan vətəndaşları Türkiyəyə 30 gün müddətinə vizasız gedə bilirdilər. Xidməti pasport sahibləri üçün 60 günə qədər, diplomatik pasportlar üçün isə 90 günə qədər vizasız giriş mümkün idi. Türkiyə vətəndaşları da 30 günə qədər Tacikistana vizasız gələ bilərdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.