https://sputnik.az/20240415/ran-xn-azerbaycanin-tehrandaki-sefirliyinin-fealiyyeti-tezlikle-berpa-olunacaq-463937902.html
İran XİN: Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq
İran XİN: Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq
Sputnik Azərbaycan
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, İran yeni səfir təyin etməyə hazırdır. Çünki İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti... 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T15:25+0400
2024-04-15T15:25+0400
2024-04-15T15:52+0400
iran xin
siyasət
səfirlik
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/03/451383651_0:160:3072:1888_1920x0_80_0_0_9a3f3bf8803d29c83f1085e222ac142b.jpg
BAKI, 15 aprel — Sputnik. Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq. Bu barədə İran XİN-in sözçüsü Naser Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib. O bildirib ki, bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Nazirlik rəsmisi həmçinin qeyd edib ki, İran yeni səfir təyin etməyə hazırdır. Çünki İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb. Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini tamamilə dayandırıb, bütün diplomatlarını İrandan çıxarıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/03/451383651_171:0:2902:2048_1920x0_80_0_0_d9452997fa260a479748e11605495844.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran xin, səfirlik, azərbaycan
iran xin, səfirlik, azərbaycan
İran XİN: Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq
15:25 15.04.2024 (Yenilənib: 15:52 15.04.2024) Nazirlik rəsmisi həmçinin qeyd edib ki, İran yeni səfir təyin etməyə hazırdır. Çünki İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb.
BAKI, 15 aprel — Sputnik. Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq. Bu barədə İran XİN-in sözçüsü Naser Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, İran yeni səfir təyin etməyə hazırdır. Çünki İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini tamamilə dayandırıb, bütün diplomatlarını İrandan çıxarıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.