https://sputnik.az/20240415/ramazan-bayraminda-ne-qeder-sernisin-dasinib-463936456.html
Ramazan bayramında nə qədər sərnişin daşınıb?
Ramazan bayramında nə qədər sərnişin daşınıb?
Sputnik Azərbaycan
Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 66 avtobus buraxılıb... 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T14:51+0400
2024-04-15T14:51+0400
2024-04-15T15:34+0400
sərnişin
cəmiyyət
yerüstü nəqliyyat agentliyi
reys
nəqliyyat
bilet
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427039880_46:0:1200:649_1920x0_80_0_0_4251f1efe5eeef5e4522d54cb4d0f4b2.jpg
BAKI, 15 aprel — Sputnik. Ramazan bayramında 43 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a AYNA-dan daxil olan məlumatda bildirilib.Qeyd edilib ki, Ramazan bayramında əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 66 avtobus buraxılıb, 137 əlavə reys təşkil olunub. Ümumilikdə isə bayram günlərində BBAK-dan 1599 reys həyata keçirilib, 43 min 525 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 8745 sərnişin "biletim.az" portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427039880_217:0:1082:649_1920x0_80_0_0_75551a5e7070d606435074d3e59d4535.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərnişin, yerüstü nəqliyyat agentliyi, reys, nəqliyyat, bilet
sərnişin, yerüstü nəqliyyat agentliyi, reys, nəqliyyat, bilet
Ramazan bayramında nə qədər sərnişin daşınıb?
14:51 15.04.2024 (Yenilənib: 15:34 15.04.2024) Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 66 avtobus buraxılıb, 137 əlavə reys təşkil olunub.
BAKI, 15 aprel — Sputnik. Ramazan bayramında 43 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a AYNA-dan daxil olan məlumatda bildirilib.
Qeyd edilib ki, Ramazan bayramında əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 66 avtobus buraxılıb, 137 əlavə reys təşkil olunub.
Ümumilikdə isə bayram günlərində BBAK-dan 1599 reys həyata keçirilib, 43 min 525 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 8745 sərnişin "biletim.az" portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.