https://sputnik.az/20240415/nfoqrafika-azerbaycanda-avtovaz-sc-terefinden-avtomobillerin-yigilmasi-463937006.html
Azərbaycanda "AvtoVAZ" SC tərəfindən avtomobillərin yığılması
Azərbaycanda "AvtoVAZ" SC tərəfindən avtomobillərin yığılması
Sputnik Azərbaycan
Proqnozlara görə, 2024-cü ilin sonuna kimi Azərbaycanda "Nova-Legend", "Vesta" və "Travel" kimi avtomobil modelləri istehsal olunacaq. Bu barədə daha ətraflı... 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T14:38+0400
2024-04-15T14:38+0400
2024-04-15T14:47+0400
"avtovaz"
infoqrafika
azərbaycan
rusiya
istehsal
lada granta
https://cdnn1.img.sputnik.az/img/07e7/04/06/453470835_0:0:268:152_1920x0_80_0_0_b5fe37620d39158171907d1b6156f0ac.png
Ötən ayın sonunda "AvtoVAZ" Azərbaycanda "Lada" avtomobillərinin istehsalına başlayıb. İlk model "Lada Granta" olub. Rusiya konserni 2024-cü ildə Azərbaycanda 1,5 minə qədər avtomobil istehsal etməyi planlaşdırır. İstehsal xəttinin 2024-cü ilin sonunadək "Vesta", "Nova-Legend" və "Travel" ailələri tərəfindən genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, qeyd olunan son iki avtomobilin test nümunələri artıq toplanıb və keyfiyyət yoxlanışından keçirilir. Xatırladaq ki, "AvtoVAZ" Tolyatti, İjevsk və Sankt-Peterburqda istehsal sahələrinə sahibdir. Ötən il may ayının ortalarında Fransanın "Renault" şirkəti avtomobil nəhəngindəki payını (67,69%) Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçirib. Hazırda "AvtoVAZ" model çeşidi "Vesta", "Largus" "Granta" və "Niva" modellərinin dörd ailəsindən ibarətdir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/06/453470812_0:0:269:202_1920x0_80_0_0_2ea9b5644d89d3a99a77dd53f0367eac.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"avtovaz", инфографика, azərbaycan, rusiya, istehsal, lada granta
"avtovaz", инфографика, azərbaycan, rusiya, istehsal, lada granta
Azərbaycanda "AvtoVAZ" SC tərəfindən avtomobillərin yığılması
14:38 15.04.2024 (Yenilənib: 14:47 15.04.2024) Proqnozlara görə, 2024-cü ilin sonuna kimi Azərbaycanda "Nova-Legend", "Vesta" və "Travel" kimi avtomobil modelləri istehsal olunacaq. Bu barədə daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Ötən ayın sonunda "AvtoVAZ" Azərbaycanda "Lada" avtomobillərinin istehsalına başlayıb. İlk model "Lada Granta" olub.
Rusiya konserni 2024-cü ildə Azərbaycanda 1,5 minə qədər avtomobil istehsal etməyi planlaşdırır. İstehsal xəttinin 2024-cü ilin sonunadək "Vesta", "Nova-Legend" və "Travel" ailələri tərəfindən genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, qeyd olunan son iki avtomobilin test nümunələri artıq toplanıb və keyfiyyət yoxlanışından keçirilir.
Xatırladaq ki, "AvtoVAZ" Tolyatti, İjevsk və Sankt-Peterburqda istehsal sahələrinə sahibdir.
Ötən il may ayının ortalarında Fransanın "Renault" şirkəti avtomobil nəhəngindəki payını (67,69%) Rusiya Federasiyasının dövlət mülkiyyətinə keçirib.
Hazırda "AvtoVAZ" model çeşidi "Vesta", "Largus" "Granta" və "Niva" modellərinin dörd ailəsindən ibarətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.