NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşmağa başlayıb - İnvestorlar riskləri dəyərləndirir

© AFP 2023 / DELIL SOULEIMANNeft buruğu, arxiv
Neft buruğu, arxiv - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Abunə olmaq
Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin artması neft qiymətlərini 100 dollara qaldıra bilər.
BAKI, 15 aprel — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Yaxın Şərqdə gərginliyin nisbətən səngiməsi qiymətlərə təsir göstərib. İnvestorlar risklərin azalmasını qiymətləndiriblər.
"Brent" nefti 23 sent ucuzlaşaraq 90,22 dollar, Qərbi Texas nefti (WTI) 29 sent ucuzlaşaraq 85,37 dollar təşkil edib.
Qeyd edək ki, İran silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqeri bildirib ki, İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O qeyd edib ki, İranın İsrailə qarşı əməliyyatı başa çatıb, lakin zərurət yaranarsa, ölkənin silahlı qüvvələri gələcəkdə də hərəkətə keçməyə hazırdır.
Analitiklərin sözlərinə görə, neft qiymətləri cümə günü İranın cavab tədbirləri ərəfəsində yüksələrək oktyabr ayından bəri ən yüksək səviyyəyə çatıb. Bu il neftin qiymətləri əsasən 85-90 dollar təşkil edib.
Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə münaqişənin artması neft qiymətlərini 100 dollara qaldıra bilər.
Xatırladaq ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,77 dollar artaraq 94,73 dollar təşkil edib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib ki, neftin qiymətinin müşahidə olunan artımı, digər məsələlərlə yanaşı, bazarın Yaxın Şərqdəki vəziyyətə reaksiyası ilə bağlıdır. Bazarda tələb və təklif balansı məsələsinə toxunan Baş nazirinin müavini qeyd edib ki, hazırda balans məsələsində vəziyyət sabitdir.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0