https://sputnik.az/20240415/nazirlikden-saxta-mufettislerle-bagli-xeberdarliq-463927213.html
Nazirlikdən saxta müfəttişlərlə bağlı xəbərdarlıq
Nazirlikdən saxta müfəttişlərlə bağlı xəbərdarlıq
Sputnik Azərbaycan
Sahibkarların nəzərinə çatdırılır ki, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir. 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T23:44+0400
2024-04-15T23:44+0400
2024-04-15T23:44+0400
səhiyyə nazirliyi
səhiyyə
sanitar
respublika gigiyena və epidemiologiya mərkəzi
müfəttiş
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621722_35:0:3676:2048_1920x0_80_0_0_5363f01a358d2e3591288576a7b753b8.jpg
BAKI, 15 aprel — Sputnik. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi saxta müfəttişlərin sahibkarları cərimə ilə təhdid edərək yoxlama apardığı barədə məlumat yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir. Bildirilib ki, sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən 2013-cü il tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunla tənzimlənir. Həmin qanuna əsasən, yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər. Qeyd olunub ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421 13 93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Xatırladaq ki, Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621722_490:0:3221:2048_1920x0_80_0_0_0c4fb2716c782003fa55d2da5985847a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səhiyyə nazirliyi, sanitar, respublika gigiyena və epidemiologiya mərkəzi, müfəttiş
səhiyyə nazirliyi, sanitar, respublika gigiyena və epidemiologiya mərkəzi, müfəttiş
Nazirlikdən saxta müfəttişlərlə bağlı xəbərdarlıq
Sahibkarların nəzərinə çatdırılır ki, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir.
BAKI, 15 aprel — Sputnik. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi saxta müfəttişlərin sahibkarları cərimə ilə təhdid edərək yoxlama apardığı barədə məlumat yayıb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir.
Bildirilib ki, sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən 2013-cü il tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunla tənzimlənir. Həmin qanuna əsasən, yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər.
Qeyd olunub ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421 13 93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.