https://sputnik.az/20240415/meiset-zorakiligindan-zerer-cekmis-sexse-pulsuz-huquqi-yardim-proseduru-mueyyenlesib-463939280.html
Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım proseduru müəyyənləşib
Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım proseduru müəyyənləşib
Sputnik Azərbaycan
Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə daxil ediləcək. 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T18:49+0400
2024-04-15T18:49+0400
2024-04-15T18:49+0400
məişət zorakılığı
cəmiyyət
hüquqi yardım
məcəllə
azərbaycan
zərər
şəxs
https://cdnn1.img.sputnik.az/img/07e8/02/17/462844396_0:160:3072:1888_1920x0_80_0_0_2f1fc64549c85db8239632ecd70f336e.jpg
BAKI, 15 aprel — Sputnik. Cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakı təmin ediləcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Prosessual Məcəlləyə edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir. Həmçinin, dəyişikliyə əsasən, zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək hüququna malik olacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərilən hüquqi yardım bu Məcəllədə nəzərdə tutulmuş qaydada ödəniləcək. Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə daxil ediləcək. Qeyd edək ki, məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/17/462844396_171:0:2902:2048_1920x0_80_0_0_9fa44fb78b907ed61411a6d6baaf6edf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məişət zorakılığı, hüquqi yardım, məcəllə, azərbaycan, zərər, şəxs
məişət zorakılığı, hüquqi yardım, məcəllə, azərbaycan, zərər, şəxs
Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım proseduru müəyyənləşib
Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə daxil ediləcək.
BAKI, 15 aprel — Sputnik. Cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakı təmin ediləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Prosessual Məcəlləyə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir.
Həmçinin, dəyişikliyə əsasən, zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək hüququna malik olacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərilən hüquqi yardım bu Məcəllədə nəzərdə tutulmuş qaydada ödəniləcək.
Məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə daxil ediləcək.
Qeyd edək ki, məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.