Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Əlli min şagirdin gözlədiyi imtahanın nəticələri bu tarixdə açıqlanacaq

© iStock.com / hxdbzxyİmtahan, arxiv
İmtahan, arxiv - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Abunə olmaq
Martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələrinin aprelin 19-dək elan olunması nəzərdə tutulur.
BAKI, 15 aprel — Sputnik. Martın 10-da XI sinif üzrə keçirilmiş buraxılış imtahanının nəticələri bu həftə açıqlanacaq. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
"10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin aprelin 19-dək elan olunması nəzərdə tutulur. Nəticələr hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil" - DİM-dən bildirilib.
Martın 10-da Dövlət İmtahan Mərkəzi Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Qax, Balakən, Zaqatala, Quba, Xızı və Qusar şəhər və rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Qeyd edək ki, imtahanlarda 53 mindən çox şagird iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0