Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

COP29-un saytı bu həftə istifadəyə veriləcək

© Sputnik / Murad Orujovİlk mətbuat konfransı COP29-un Bakıda yerləşən qərargahında keçirilir
İlk mətbuat konfransı COP29-un Bakıda yerləşən qərargahında keçirilir - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Abunə olmaq
Nərmin Carçalova qeyd edib ki, saytdan konfrans ilə bağlı ən son yenilikləri əldə etmək mümkün olacaq.
BAKI, 15 aprel — Sputnik. "COP29-un veb saytı - https://cop29.az/ bu həftə istifadəyə veriləcək".
Bunu COP29 Sədrliyinin ilk mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib.
O qeyd edib ki, saytdan konfrans ilə bağlı ən son yenilikləri əldə etmək mümkün olacaq. COP29-da iştirak edəcək qonaqlar üçün bütün yerləşdirmə imkanları tezliklə vahid beynəlxalq platforma üzərindən təqdim ediləcək.

"COP29 ilə bağlı könüllülük proqramı tezliklə elan ediləcək", - o çıxışı zamanı qeyd edib.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0