https://sputnik.az/20240415/cop29-un-loqosu-teqdim-olunub-463927052.html
COP29-un loqosu təqdim olunub
COP29-un loqosu təqdim olunub
Sputnik Azərbaycan
Hava və küləyi təcəssüm etdirən buta atmosferlə bağlı qayğıların həlli üçün tələb olunan həssas tarazlığı ifadə edir. 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T11:08+0400
2024-04-15T11:08+0400
2024-04-15T11:45+0400
siyasət
cop29
loqo
təşkilat komitəsi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/03/07/463124815_0:20:1050:611_1920x0_80_0_0_d74d38081e8dfab9314c32c3db6b8c3a.jpg
BAKI, 15 aprel — Sputnik. COP29-un loqosunun ehtiva etdiyi məzmun açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədrliyinin bu gün jurnalistlər üçün keçirilən mətbuat konfransında deyilib. Bildirilib ki, COP29-un loqosu iqlim dəyişiklikləri ilə əlaqədar qarşılaşdığımız qlobal problemlər və bu çətinliklərlə mübarizə üçün zəruri olan kollektiv fəaliyyəti özündə ehtiva edir. Loqoda həmrəylik və vəhdət, inklüzivlik, təbiətlə əlaqə kimi motivlər əks olunub. Bundan başqa, loqoda yer alan yarpaq formasında olan buta ölkəmizin biomüxtəlifliyini, bitkilərin dünyamızın mövcud olması üçün vacib olan karbon tutulması və saxlanılmasına uyğunlaşmada təbiət əsaslı həllərin gücünü təmsil edir. Hava və küləyi təcəssüm etdirən buta atmosferlə bağlı qayğıların həlli üçün tələb olunan həssas tarazlığı ifadə edir. Su damlası şəklində olan buta dəniz səviyyəsinin dəyişməsi, quraqlıq və daşqınlar şəraitində suyun dayanıqlılığına olan zəruri ehtiyacı əks etdirir.Od formasında təsvir edilən buta Azərbaycanın yanar ocaqlarını əks etdirir və bizi emissiyasız gələcək naminə enerjidən məsuliyyətlə istifadə etməyə çağırır. Birləşərək dairə yaradan iki buta qarşılıqlı bağlılığımızı və evimiz olan Yer kürəsinin dayanıqlılığı üçün göstərilən daimi səyləri ifadə edir. Xatırladaq ki, 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan Azərbaycan namizədliyini irəli sürüb. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verib. Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/07/463124815_105:0:945:630_1920x0_80_0_0_9713f048125f286f383991faf33ef127.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cop29, loqo, təşkilat komitəsi, azərbaycan
cop29, loqo, təşkilat komitəsi, azərbaycan
COP29-un loqosu təqdim olunub
11:08 15.04.2024 (Yenilənib: 11:45 15.04.2024) Hava və küləyi təcəssüm etdirən buta atmosferlə bağlı qayğıların həlli üçün tələb olunan həssas tarazlığı ifadə edir.
BAKI, 15 aprel — Sputnik. COP29-un loqosunun ehtiva etdiyi məzmun açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sədrliyinin bu gün jurnalistlər üçün keçirilən mətbuat konfransında deyilib.
Bildirilib ki, COP29-un loqosu iqlim dəyişiklikləri ilə əlaqədar qarşılaşdığımız qlobal problemlər və bu çətinliklərlə mübarizə üçün zəruri olan kollektiv fəaliyyəti özündə ehtiva edir.
Loqoda həmrəylik və vəhdət, inklüzivlik, təbiətlə əlaqə kimi motivlər əks olunub. Bundan başqa, loqoda yer alan yarpaq formasında olan buta ölkəmizin biomüxtəlifliyini, bitkilərin dünyamızın mövcud olması üçün vacib olan karbon tutulması və saxlanılmasına uyğunlaşmada təbiət əsaslı həllərin gücünü təmsil edir.
Hava və küləyi təcəssüm etdirən buta atmosferlə bağlı qayğıların həlli üçün tələb olunan həssas tarazlığı ifadə edir.
Su damlası şəklində olan buta dəniz səviyyəsinin dəyişməsi, quraqlıq və daşqınlar şəraitində suyun dayanıqlılığına olan zəruri ehtiyacı əks etdirir.
Od formasında təsvir edilən buta Azərbaycanın yanar ocaqlarını əks etdirir və bizi emissiyasız gələcək naminə enerjidən məsuliyyətlə istifadə etməyə çağırır.
Birləşərək dairə yaradan iki buta qarşılıqlı bağlılığımızı və evimiz olan Yer kürəsinin dayanıqlılığı üçün göstərilən daimi səyləri ifadə edir.
Xatırladaq ki, 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan Azərbaycan namizədliyini irəli sürüb. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verib. Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.