https://sputnik.az/20240415/bayram-gunleri-tecili-yardima-daxil-olan-muracietlerin-sayi-aciqlandi-463928497.html
Bayram günləri təcili yardıma daxil olan müraciətlərin sayı açıqlandı
Bayram günləri təcili yardıma daxil olan müraciətlərin sayı açıqlandı
Sputnik Azərbaycan
Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T13:51+0400
2024-04-15T13:51+0400
2024-04-15T14:15+0400
təcili yardım
cəmiyyət
ramazan bayramı
azərbaycan
təbib
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0a/424897432_0:0:3072:1728_1920x0_80_0_0_65e114b452a59553813ae36910163385.jpg
BAKI, 15 aprel — Sputnik. Bayram günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub. Sputnik Azərbaycan-a bu barədə TƏBİB-dən daxil olan məlumatda bildirilib. Xəbərdə qeyd edilib ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Təcili tibbi yardım xidmətinə 10.04.2024-14.04.2024-cü il tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib. Çağırışların sayı ən çox 10.04.2024-cü il (ümumi çağırış sayı 2 154, hospital olunanların sayı 244 olmaqla), 14.04.2024-cü il (çağırış sayı 2 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb. Çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0a/424897432_341:0:3072:2048_1920x0_80_0_0_fcb6cd07cc18ccb29391bbbe2855cd88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təcili yardım, ramazan bayramı, azərbaycan, təbib
təcili yardım, ramazan bayramı, azərbaycan, təbib
Bayram günləri təcili yardıma daxil olan müraciətlərin sayı açıqlandı
13:51 15.04.2024 (Yenilənib: 14:15 15.04.2024) Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
BAKI, 15 aprel — Sputnik. Bayram günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub. Sputnik Azərbaycan-a bu barədə TƏBİB-dən daxil olan məlumatda bildirilib.
Xəbərdə qeyd edilib ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Təcili tibbi yardım xidmətinə 10.04.2024-14.04.2024-cü il tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib.
Çağırışların sayı ən çox 10.04.2024-cü il (ümumi çağırış sayı 2 154, hospital olunanların sayı 244 olmaqla), 14.04.2024-cü il (çağırış sayı 2 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb.
Çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.