https://sputnik.az/20240415/azerbaycanda-suni-torpaq-saheleri-yaradilacaq-463936330.html
Azərbaycanda süni torpaq sahələri yaradılacaq
Azərbaycanda süni torpaq sahələri yaradılacaq
Sputnik Azərbaycan
Bununla bağlı Milli Məclisə qanun layihəsinin daxil olduğu bildirilir. 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T23:11+0400
2024-04-15T23:11+0400
2024-04-15T23:11+0400
torpaq
azərbaycan xəbərləri
xəzər
astara
azərbaycan
metr
dəniz
https://cdnn1.img.sputnik.az/img/41171/99/411719995_0:1:1639:923_1920x0_80_0_0_1324fd39e1f215717a6891e53ff895d5.jpg
BAKI, 15 aprel — Sputnik. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Belə ki, "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla, 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 26 metr olmaqla, 1995-ci ildə qeydə alınıb. 1995-ci ildən bu günə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir. Xəzər dənizinin suyunun azalması bütün sahilyanı ərazilərimizdə hiss olunur.Paytaxt Bakı ilə yanaşı, cənub istiqamətində, Astarada dəniz təqribən 20-25 metr məsafədə geri çəkilib.Hazırda Xəzər dənizində səviyyə tarixi minimuma, yəni 29 metrə yaxınlaşmaqdadır. Elmi proqnozlara görə, Xəzər dənizinin səviyyəsi mənfi 33 metrədək enəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41171/99/411719995_204:0:1435:923_1920x0_80_0_0_1f2982465056d41c9648feba38c3e00a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
torpaq, xəzər, astara, azərbaycan, metr, dəniz
torpaq, xəzər, astara, azərbaycan, metr, dəniz
Azərbaycanda süni torpaq sahələri yaradılacaq
Bununla bağlı Milli Məclisə qanun layihəsinin daxil olduğu bildirilir.
BAKI, 15 aprel — Sputnik. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub.
Belə ki, "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla, 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 26 metr olmaqla, 1995-ci ildə qeydə alınıb. 1995-ci ildən bu günə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir. Xəzər dənizinin suyunun azalması bütün sahilyanı ərazilərimizdə hiss olunur.
Paytaxt Bakı ilə yanaşı, cənub istiqamətində, Astarada dəniz təqribən 20-25 metr məsafədə geri çəkilib.Hazırda Xəzər dənizində səviyyə tarixi minimuma, yəni 29 metrə yaxınlaşmaqdadır. Elmi proqnozlara görə, Xəzər dənizinin səviyyəsi mənfi 33 metrədək enəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.