Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan qarpızının Rusiya sərgüzəştləri

© Sputnik / Murad Orujovqarpız
qarpız - Sputnik Azərbaycan, 1920, 15.04.2024
Abunə olmaq
Azərbaycan qarpızı keyfiyyətlidir və xüsusən də Müstəqil Dövlətlər Birliyi məkanında ona tələbat var. Fermerlər də bu fürsəti qaçırmır.
BAKI, 15 aprel — Sputnik. Son üç ildə Azərbaycandan qarpız ixracı kəskin artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildən başlayaraq ölkəmizin qarpız ixracında kəskin artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 4240 ton, 2021-ci ildə isə 11924 ton qarpız xaricə ixrac edilib. 2021-ci ildə qarpız ixracı 2020-ci illə müqayisədə təxminən 2,8 dəfə artıb.
2023-cü ildə ölkədən 5,2 milyon dollar dəyərində 12210 ton qarpız ixrac edilib. Bu da 2020-ci illə müqayisədə dəyər baxımından təxminən 2,7 dəfə, miqdar baxımıdan 2,8 dəfə çox deməkdir.
"Qarpızı Avropaya da ixrac etmək imkanı var"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan sahibkarları işlərini yaxşı təşkil ediblər və bu da qarpız ixracında kəskin artıma gətirib çıxarıb: "Qarpız ixracı sahibkarlara gəlir gətirir. Azərbaycandan qarpızı Avropaya da ixrac etmək imkanları var. Avropada qarpız çox bahadır. Avropada bəzi turizm ölkələrində 1 qarpızın qiymətinə Azərbaycanda bəlkə də 30-40 kiloqram qarpız almaq mümkündür".
"MDB məkanında Azərbaycan məhsullarına tələbat var"
"Ölkəmizin qarpızı keyfiyyətlidir və xüsusən də Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında Azərbaycan məhsullarına, o cümlədən qarpıza tələbat var. Azərbaycan sahibkarları MDB ölkələrinə qarpız ixrac edirlər", – ekspert əlavə edib.
© Photo : Social media page of Khalid Kerimliİqtisadçı-ekspert Xalid Kərimli
İqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 10.04.2024
İqtisadçı-ekspert Xalid Kərimli
Azərbaycan qarpızı ən çox Rusiyaya ixrac edilib
Qeyd edək ki, keçən il ölkəmizdən qarpız əsasən Rusiya bazarına (5191 ton) ixrac edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanın ümumi qarpız ixracının 42,5 faizi Rusiyanın payına düşüb. Rusiyaya 1 ton qarpızın orta ixrac qiyməti 591 dollar olub. Bundan başqa, Azərbaycan Belarusa, Moldovaya, Ukraynaya, Gürcüstana və digər ölkələrə qarpız ixrac edib.
© Sputnik / Murad OrujovQarpız yığımı
Сбор арбузов в Азербайджане - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Qarpız yığımı
Xatırladaq ki, bu məhsulun böyük müalicəvi əhəmiyyəti var. Qarpız orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir. Böyrəklərdə duz və daş yığılmasının qarşısını alır.
Qarpızın yüzlərlə sortları var. Tezyetişən sortlar 75-80 günə, gecyetişənlər 100-120 günə yetişir. Azərbaycan bostançılarının 90 faizdən çoxu "Cəfərxan", "Qalaktika", "Krimson svit" qarpız sortlarını yetişdirirlər.
Xəbər lenti
0