https://sputnik.az/20240415/almani-atdim-xaralaxaricde-azerbaycan-almasina-maraq-niye-artib-463764335.html
Almanı atdım xarala...xaricdə Azərbaycan almasına maraq niyə artıb?
Almanı atdım xarala...xaricdə Azərbaycan almasına maraq niyə artıb?
Sputnik Azərbaycan
Alma Azərbaycandan ən çox ixrac olunan, ölkəyə böyük həcmdə gəlir gətirən meyvələrdəndir və bu məbləğ ildən-ilə artmaqdadır. Keçən il Azərbaycanın cəmi alma... 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T10:21+0400
2024-04-15T10:21+0400
2024-04-15T11:01+0400
alma
iqtisadiyyat
sığorta
mexanizm
aqrar
aqrar sığorta
bağ
bitki
bitki
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/42203/39/422033981_0:160:3072:1888_1920x0_80_0_0_96d9990891362d7365ae4e5ec48c365d.jpg
BAKI, 15 aprel — Sputnik. Azərbaycan alma ixracını artırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycandan 57,2 milyon dollar dəyərində 91 min tondan çox alma ixrac edilib. Keçən il alma ixracı illik müqayisədə miqdar baxımından 10,8 faiz, dəyər baxımından 10 faiz artıb. "Azərbaycanda 27,7 min hektar alma bağı var" Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, saxlanma və yetişdirilmə şərtlərinə görə sərfəli meyvə hesab olunan almaya tələbat ilboyu azalmır. Vitaminlə zənginliyi, quru və təzə halda, həmçinin şirə şəklində istifadə imkanı bu meyvənin son 20 ildə bütün dünyada istehsalının 67 faiz artmasına səbəb olub. Almanın dünyada 20 mindən çox növü yetişdirilir, bunlardan 300-ə yaxını Azərbaycanda becərilir. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 27,7 min hektar alma bağı var, bunun da 11,7 min hektarını intensiv və superintensiv bağlar təşkil edir. "Quba-Xaçmaz iqtisadi rayonu alma istehsalında liderdir" Alma Azərbaycanın bütün bölgələrində əkilsə də, meyvəçilik regionu kimi məşhur olan Quba-Xaçmaz iqtisadi rayonu alma istehsalında liderdir. Belə ki, Azərbaycanda alma bağlarının 19 min hektarı, yəni təqribən 70 faizi bu bölgənin payına düşür. Ölkədəki intensiv və superintensiv alma bağlarının isə 96 faizi məhz Quba-Xaçmaz bölgəsindədir. Təkcə Quba rayonunda 11,6 min hektar, Qusarda 4,3 min hektar, Xaçmaz rayonunda isə 2,6 min hektar alma bağı var. Bundan əlavə, Gədəbəy, Şabran, İsmayıllı, Şərur, Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki də alma yetişdirilməsinə görə seçilən rayonlardandır. Alma Azərbaycandan ən çox ixrac olunan, ölkəyə böyük həcmdə gəlir gətirən meyvələrdəndir və bu məbləğ ildən-ilə artmaqdadır. "Fermerlərə sərfəlidir deyə intensiv bağlar ildən-ilə artır" Qeyd edək ki, ekspertlərin fikrincə, alma ixracının artmasının əsas səbəbi xüsusən də Quba-Xaçmaz iqtisadi rayonunda alma sahələrinin genişlənməsidir. Ənənəvi bağın hər hektarından 40 ton məhsul götürülürsə, intensiv bağın hər hektarından 80-100 ton məhsul götürmək olur. Fermerlərə sərfəlidir deyə intensiv bağlar ildən-ilə artır. Fermerlər alma bağları salmaqda maraqlıdırlar. "Keçən il Azərbaycanın cəmi alma ixracının 87,1 faizi Rusiyanın payına düşüb" Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olan Rusiyaya 79548 ton, Belarusa 245 ton, Qazaxıstana 7228 ton alma ixrac edib. Rusiya və Qazaxıstana alma ixracında illik müqayisədə artım müşahidə edilib. Tələbatı qarşılamaq üçün Azərbaycandan Rusiyaya ixrac daha da artıb. Almaya Rusiyada həmişə tələbat olub və bu məhsul Rusiyada ən çox yeyilən meyvələr arasındadır. Azərbaycan almanı əsasən Rusiyaya ixrac edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanın cəmi alma ixracının 87,1 faizi Rusiyanın payına düşüb. Bundan başqa, Azərbaycandan Özbəkistana, Birləşmiş Ərəb Əmirliklərinə, Hindistana və digər ölkələrə alma ixrac edilib. Alma bağlarını sığortalamaq olur Xatırladaq ki, gəlirli sahə olduğundan alma bağlarına maraq artmaqdadır. Alma ağacları üçün əsas risklər - dolu, fırtına, qasırğa, şaxtavurma, müxtəlif növ zərərvericilər və bitki xəstəlikləridir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi vasitəsilə 41 bitkini, o cümlədən alma bağlarını çoxsaylı risklərdən sığortalamaq mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42203/39/422033981_171:0:2902:2048_1920x0_80_0_0_b2c61323219b3646bb7ce2789d41efac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
alma, sığorta, mexanizm, aqrar, aqrar sığorta, bağ, bitki, bitki, dövlət statistika komitəsi, dövlət statistika komitəsi
alma, sığorta, mexanizm, aqrar, aqrar sığorta, bağ, bitki, bitki, dövlət statistika komitəsi, dövlət statistika komitəsi
Almanı atdım xarala...xaricdə Azərbaycan almasına maraq niyə artıb?
10:21 15.04.2024 (Yenilənib: 11:01 15.04.2024) Alma Azərbaycandan ən çox ixrac olunan, ölkəyə böyük həcmdə gəlir gətirən meyvələrdəndir və bu məbləğ ildən-ilə artmaqdadır. Keçən il Azərbaycanın cəmi alma ixracının 87,1 faizi Rusiyanın payına düşüb.
BAKI, 15 aprel — Sputnik. Azərbaycan alma ixracını artırıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycandan 57,2 milyon dollar dəyərində 91 min tondan çox alma ixrac edilib. Keçən il alma ixracı illik müqayisədə miqdar baxımından 10,8 faiz, dəyər baxımından 10 faiz artıb.
"Azərbaycanda 27,7 min hektar alma bağı var"
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, saxlanma və yetişdirilmə şərtlərinə görə sərfəli meyvə hesab olunan almaya tələbat ilboyu azalmır. Vitaminlə zənginliyi, quru və təzə halda, həmçinin şirə şəklində istifadə imkanı bu meyvənin son 20 ildə bütün dünyada istehsalının 67 faiz artmasına səbəb olub. Almanın dünyada 20 mindən çox növü yetişdirilir, bunlardan 300-ə yaxını Azərbaycanda becərilir. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 27,7 min hektar alma bağı var, bunun da 11,7 min hektarını intensiv və superintensiv bağlar təşkil edir.
"Quba-Xaçmaz iqtisadi rayonu alma istehsalında liderdir"
Alma Azərbaycanın bütün bölgələrində əkilsə də, meyvəçilik regionu kimi məşhur olan Quba-Xaçmaz iqtisadi rayonu alma istehsalında liderdir. Belə ki, Azərbaycanda alma bağlarının 19 min hektarı, yəni təqribən 70 faizi bu bölgənin payına düşür. Ölkədəki intensiv və superintensiv alma bağlarının isə 96 faizi məhz Quba-Xaçmaz bölgəsindədir. Təkcə Quba rayonunda 11,6 min hektar, Qusarda 4,3 min hektar, Xaçmaz rayonunda isə 2,6 min hektar alma bağı var. Bundan əlavə, Gədəbəy, Şabran, İsmayıllı, Şərur, Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki də alma yetişdirilməsinə görə seçilən rayonlardandır. Alma Azərbaycandan ən çox ixrac olunan, ölkəyə böyük həcmdə gəlir gətirən meyvələrdəndir və bu məbləğ ildən-ilə artmaqdadır.
"Fermerlərə sərfəlidir deyə intensiv bağlar ildən-ilə artır"
Qeyd edək ki, ekspertlərin fikrincə, alma ixracının artmasının əsas səbəbi xüsusən də Quba-Xaçmaz iqtisadi rayonunda alma sahələrinin genişlənməsidir. Ənənəvi bağın hər hektarından 40 ton məhsul götürülürsə, intensiv bağın hər hektarından 80-100 ton məhsul götürmək olur. Fermerlərə sərfəlidir deyə intensiv bağlar ildən-ilə artır. Fermerlər alma bağları salmaqda maraqlıdırlar.
"Keçən il Azərbaycanın cəmi alma ixracının 87,1 faizi Rusiyanın payına düşüb"
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olan Rusiyaya 79548 ton, Belarusa 245 ton, Qazaxıstana 7228 ton alma ixrac edib. Rusiya və Qazaxıstana alma ixracında illik müqayisədə artım müşahidə edilib. Tələbatı qarşılamaq üçün Azərbaycandan Rusiyaya ixrac daha da artıb. Almaya Rusiyada həmişə tələbat olub və bu məhsul Rusiyada ən çox yeyilən meyvələr arasındadır. Azərbaycan almanı əsasən Rusiyaya ixrac edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanın cəmi alma ixracının 87,1 faizi Rusiyanın payına düşüb. Bundan başqa, Azərbaycandan Özbəkistana, Birləşmiş Ərəb Əmirliklərinə, Hindistana və digər ölkələrə alma ixrac edilib.
Alma bağlarını sığortalamaq olur
Xatırladaq ki, gəlirli sahə olduğundan alma bağlarına maraq artmaqdadır. Alma ağacları üçün əsas risklər - dolu, fırtına, qasırğa, şaxtavurma, müxtəlif növ zərərvericilər və bitki xəstəlikləridir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi vasitəsilə 41 bitkini, o cümlədən alma bağlarını çoxsaylı risklərdən sığortalamaq mümkündür.