https://sputnik.az/20240415/a-bakini-emekdasliga-celb-etmekde-maraqlidir-463947839.html
Aİİ Bakını əməkdaşlığa cəlb etməkdə maraqlıdır
Aİİ Bakını əməkdaşlığa cəlb etməkdə maraqlıdır
Sputnik Azərbaycan
Azərbaycan üçün Aİİ ilə əməkdaşlıq beynəlxalq maliyyə axınlarının kəsişmə nöqtələrindən birinə xaricdən maliyyə cəlb etmək üçün daha da fəal mərkəzə çevrilmək... 15.04.2024, Sputnik Azərbaycan
2024-04-15T18:17+0400
2024-04-15T18:17+0400
2024-04-15T18:21+0400
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
azərbaycan
belarus
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_0:17:2991:1699_1920x0_80_0_0_ba469c3e29d6003ec3c09348601dbde1.jpg
BAKI, 15 aprel — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) Azərbaycanın Xəzər dənizinə və liman infrastrukturuna çıxışını nəzərə alaraq, Bakını ticarət və logistika əməkdaşlığının inkişafına cəlb etməkdə maraqlıdır. Bu barədə rusiyalı politoloq Milan Lazoviç yazıb. Belə ki, onun sözlərinə görə, ötən ilin mayında "Rusiya - İslam dünyası: KazanForum" XIV beynəlxalq iqtisadi forumunda Rusiya Federasiyası Baş nazirinin müavini Aleskey Overçuk bildirib ki, Moskva Azərbaycanın unikal coğrafi mövqeyini, iqtisadiyyatının strukturunu, xarici ticarətini, milli inkişaf planlarını nəzərə alaraq Bakının Aİİ ilə əməkdaşlığının inkişafı üçün əhəmiyyətli potensialını qeyd edir. Bundan əlavə, politoloq hesab edir ki, Rusiya tərəfi və Aİİ Azərbaycanın İttifaqla qarşılıqlı fəaliyyətdə daha fəal iştirakından faydalanacaq, çünki, Bakı eyni vaxtda həm Qərblə, həm də Türkiyə və Rusiya ilə tərəfdaşlıq əlaqələri saxlayır. "Mövcud beynəlxalq şəraitdə, Rusiyaya qarşı mövcud sanksiyalar məhdudiyyətləri ilə bu, həm Moskva, həm də Bakı üçün yeni imkanlar açır. Rusiya üçün Azərbaycan paralel idxalın inkişafına daha çox töhfə verə bilər", - müəllifi qeyd edib. Azərbaycan Aİİ ilə əməkdaşlıqdan faydalanır Lazoviçin sözlərinə görə, Azərbaycan üçün Aİİ ilə əməkdaşlıq regionda beynəlxalq maliyyə axınlarının kəsişmə nöqtələrindən birinə, xarici maliyyənin cəlb edilməsi üçün daha da fəal mərkəzə çevrilmək imkanıdır. Lazoviçin fikrincə, Azərbaycan üçün iqtisadi faydalara gəlincə, bu, bütövlükdə kifayət qədər aydın görünür: Avrasiya inteqrasiya layihələrinə cəlb olunmaqla Bakı özü üçün xarici ixrac bazarlarını əhəmiyyətli dərəcədə genişləndirə, Aİİ-nin vahid əmək bazarına çıxış əldə edə bilərdi ki, bu da Azərbaycan sahibkarlarının və işçilərinin Rusiyaya və Birliyin digər ölkələrinə sabit axını nəzərə alınmaqla vacibdir. Buna görə də, o qeyd edib ki, Azərbaycan Avrasiya iqtisadi məkanı ilə ardıcıl yaxınlaşmanı aşağıdakı əməkdaşlıq formaları vasitəsilə davam etdirir: MDB Sərbəst ticarət zonası (STZ) və Aİİ-nin iqtisadi tənzimləmə sistemi ilə əlaqələndirmə çərçivəsində. "Onu da vurğulamaq lazımdır ki, Azərbaycan heç vaxt əməkdaşlıqdan imtina etməyib və gələcəkdə Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin uzadılmasına baxmayaraq, hətta iqtisadi İttifaqa daxil olmaSI mümkündür. Belə ki, Azərbaycan hökumətinin nümayəndələri öz ölkələrinin sərfəli iqtisadi ittifaqlara qoşulmağa hazır olduqlarını dəfələrlə bəyan ediblər", - materialda deyilir. Lazoviçin sözlərinə görə, Bakı ilə Aİİ arasında qarşılıqlı əlaqə potensialı inanılmaz dərəcədə böyükdür. Rusiya artıq Azərbaycan mallarının 10 ən böyük idxalçısı sırasındadır. Azərbaycanın milli sərvətləri sırasında kənd təsərrüfatı məhsulları, Bakı nefti, Cənubi Qafqazın mineral ehtiyatları var. Onun fikrincə, həm müasir bazarda, həm də Aİİ-nin inkişaf etməkdə olan ölkələri arasında bu mallara tələbat şübhəsizdir. O, həmçinin Aİİ bazarının Azərbaycan üçün potensial cəlbediciliyini qeyd edib. Birliyə üzv dövlətlərin ərazisində, təxminən 186 milyon insan yaşayır. Azərbaycan biznesi üçün bu, coğrafi yaxınlığına görə nəqliyyat və infrastruktur xərcləri tələb etməyən nəhəng istehlak bazarıdır. Lazoviç əlavə edib ki, Aİİ və Azərbaycan arasında azad ticarət rejimi malların lazımsız gömrük rəsmiləşdirilməsi olmadan daşınmasına imkan verəcək. Vahid nəqliyyat və logistika zonası Rusiyalı politoloqun fikrincə, Aİİ və Azərbaycan arasında qarşılıqlı əlaqənin inkişafı üçün digər potensial vektor vahid Avrasiya nəqliyyat-logistika zonasının formalaşdırılması ola bilər. "Buna ehtiyac tarixən əsaslandırılıb - SSRİ-nin dağılması nəticəsində respublikalar arasında vahid qarşılıqlı əlaqə sistemi məhv edilib. Bu vaxta qədər mövcud olduğu müddətdə sovet hökuməti iqtisadiyyatı hər bir respublikaya xüsusi rol verildiyi bir plan vasitəsilə direktiv şəkildə qurmuşdu. İllərdir mövcud olan belə bir sistem respublikalar arasında "əmək bölgüsünü" birləşdirirdi - hər biri müəyyən malların və ya xammalın istehsalını və ya hasilatını inkişaf etdirmişdi. SSRİ-nin dağılmasından və milli respublikaların yaranmasından sonra qurulmuş istehsal lazımi infrastrukturu itirdi. Respublikalar arasında açıq sərhədlər əvəzinə gömrük nəzarəti meydana çıxdı. Belə bir vəziyyətdə MDB və ya Aİİ kimi dövlətlərarası birliklərin yaranmasının məqsədlərindən biri ölkələr arasında iqtisadi ünsiyyəti asanlaşdırmaq ola bilərdi", – Lazoviçin məqaləsində deyilir. Aİİ ölkələri tranzit zonası və ya inteqrasiya haqqında sazişlər bağlamaqla Xəzər dənizi və Azərbaycan ərazisindən yüklərin daşınması imkanı əldə edərdilər. Başqa sözlə, razılıq əldə olunarsa, Aİİ üzvü olan ölkələr daxilində real ümumi azad ticarət məkanı yaratmaq mümkün olardı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/09/460416659_122:0:2851:2047_1920x0_80_0_0_67f9d978c617563cbf087bb60f6c50e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
avrasiya iqtisadi ittifaqı, azərbaycan, belarus, rusiya
avrasiya iqtisadi ittifaqı, azərbaycan, belarus, rusiya
Aİİ Bakını əməkdaşlığa cəlb etməkdə maraqlıdır
18:17 15.04.2024 (Yenilənib: 18:21 15.04.2024) Azərbaycan üçün Aİİ ilə əməkdaşlıq beynəlxalq maliyyə axınlarının kəsişmə nöqtələrindən birinə xaricdən maliyyə cəlb etmək üçün daha da fəal mərkəzə çevrilmək imkanıdır.
BAKI, 15 aprel — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) Azərbaycanın Xəzər dənizinə və liman infrastrukturuna çıxışını nəzərə alaraq, Bakını ticarət və logistika əməkdaşlığının inkişafına cəlb etməkdə maraqlıdır. Bu barədə rusiyalı politoloq Milan Lazoviç yazıb.
Belə ki, onun sözlərinə görə, ötən ilin mayında "Rusiya - İslam dünyası: KazanForum" XIV beynəlxalq iqtisadi forumunda Rusiya Federasiyası Baş nazirinin müavini Aleskey Overçuk bildirib ki, Moskva Azərbaycanın unikal coğrafi mövqeyini, iqtisadiyyatının strukturunu, xarici ticarətini, milli inkişaf planlarını nəzərə alaraq Bakının Aİİ ilə əməkdaşlığının inkişafı üçün əhəmiyyətli potensialını qeyd edir.
"Eyni zamanda, Azərbaycan və Aİİ dövlətləri gömrük nəzarətinin qonşu İran və Türkiyə ilə sərhədə çıxarılması ilə problemsiz "Şimal-Cənub" dəhlizinin yaradılmasından əhəmiyyətli fayda əldə edə bilərdilər. Belə bir addım Azərbaycan tərəfinə öz məhsullarını daha əlverişli şəraitlə təmin etmək və əhalinin həcmi iki yüz milyon insana yaxınlaşan iri regional bazara daha sonra daxil olmaq üçün geniş imkanlar yaradardı", - Lazoviçin məqaləsində deyilir.
Bundan əlavə, politoloq hesab edir ki, Rusiya tərəfi və Aİİ Azərbaycanın İttifaqla qarşılıqlı fəaliyyətdə daha fəal iştirakından faydalanacaq, çünki, Bakı eyni vaxtda həm Qərblə, həm də Türkiyə və Rusiya ilə tərəfdaşlıq əlaqələri saxlayır.
"Mövcud beynəlxalq şəraitdə, Rusiyaya qarşı mövcud sanksiyalar məhdudiyyətləri ilə bu, həm Moskva, həm də Bakı üçün yeni imkanlar açır. Rusiya üçün Azərbaycan paralel idxalın inkişafına daha çox töhfə verə bilər", - müəllifi qeyd edib.
Azərbaycan Aİİ ilə əməkdaşlıqdan faydalanır
Lazoviçin sözlərinə görə, Azərbaycan üçün Aİİ ilə əməkdaşlıq regionda beynəlxalq maliyyə axınlarının kəsişmə nöqtələrindən birinə, xarici maliyyənin cəlb edilməsi üçün daha da fəal mərkəzə çevrilmək imkanıdır.
"Azərbaycan tərəfi Aİİ ilə əməkdaşlığın intensivləşdirilməsindən də faydalanır, lakin burada bir fundamental məqamı qeyd etmək yerinə düşərdi ki, Bakı hazırkı mərhələdə İrəvanla sülh müqaviləsinin olmaması səbəbindən assosiasiyaya üzvlük üçün aydın perspektiv görmür. Deyə bilərik ki, bu gün Azərbaycanı Avrasiya İqtisadi İttifaqına yaxınlaşdıran əsas siyasi maneələrdən biridir", - rusiyalı politoloq qeyd edib.
Lazoviçin fikrincə, Azərbaycan üçün iqtisadi faydalara gəlincə, bu, bütövlükdə kifayət qədər aydın görünür: Avrasiya inteqrasiya layihələrinə cəlb olunmaqla Bakı özü üçün xarici ixrac bazarlarını əhəmiyyətli dərəcədə genişləndirə, Aİİ-nin vahid əmək bazarına çıxış əldə edə bilərdi ki, bu da Azərbaycan sahibkarlarının və işçilərinin Rusiyaya və Birliyin digər ölkələrinə sabit axını nəzərə alınmaqla vacibdir.
Buna görə də, o qeyd edib ki, Azərbaycan Avrasiya iqtisadi məkanı ilə ardıcıl yaxınlaşmanı aşağıdakı əməkdaşlıq formaları vasitəsilə davam etdirir: MDB Sərbəst ticarət zonası (STZ) və Aİİ-nin iqtisadi tənzimləmə sistemi ilə əlaqələndirmə çərçivəsində.
"Onu da vurğulamaq lazımdır ki, Azərbaycan heç vaxt əməkdaşlıqdan imtina etməyib və gələcəkdə Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin uzadılmasına baxmayaraq, hətta iqtisadi İttifaqa daxil olmaSI mümkündür. Belə ki, Azərbaycan hökumətinin nümayəndələri öz ölkələrinin sərfəli iqtisadi ittifaqlara qoşulmağa hazır olduqlarını dəfələrlə bəyan ediblər", - materialda deyilir.
Lazoviçin sözlərinə görə, Bakı ilə Aİİ arasında qarşılıqlı əlaqə potensialı inanılmaz dərəcədə böyükdür. Rusiya artıq Azərbaycan mallarının 10 ən böyük idxalçısı sırasındadır. Azərbaycanın milli sərvətləri sırasında kənd təsərrüfatı məhsulları, Bakı nefti, Cənubi Qafqazın mineral ehtiyatları var. Onun fikrincə, həm müasir bazarda, həm də Aİİ-nin inkişaf etməkdə olan ölkələri arasında bu mallara tələbat şübhəsizdir.
"Sadə bir misal götürək: Belarus Respublikası faydalı qazıntıların bolluğu ilə öyünə bilməz. Onun sənayesinin daha da uğurlu inkişafı üçün Azərbaycanın çox zəngin olduğu mineral ehtiyatlar lazımdır. Aİİ ilə Azərbaycan arasında inteqrasiyanın inkişafı birlik iştirakçılarına vahid bazar çərçivəsində lazımi xammal almaq imkanı verə bilərdi", - politoloq əlavə edib.
O, həmçinin Aİİ bazarının Azərbaycan üçün potensial cəlbediciliyini qeyd edib. Birliyə üzv dövlətlərin ərazisində, təxminən 186 milyon insan yaşayır. Azərbaycan biznesi üçün bu, coğrafi yaxınlığına görə nəqliyyat və infrastruktur xərcləri tələb etməyən nəhəng istehlak bazarıdır. Lazoviç əlavə edib ki, Aİİ və Azərbaycan arasında azad ticarət rejimi malların lazımsız gömrük rəsmiləşdirilməsi olmadan daşınmasına imkan verəcək.
Vahid nəqliyyat və logistika zonası
Rusiyalı politoloqun fikrincə, Aİİ və Azərbaycan arasında qarşılıqlı əlaqənin inkişafı üçün digər potensial vektor vahid Avrasiya nəqliyyat-logistika zonasının formalaşdırılması ola bilər.
"Buna ehtiyac tarixən əsaslandırılıb - SSRİ-nin dağılması nəticəsində respublikalar arasında vahid qarşılıqlı əlaqə sistemi məhv edilib. Bu vaxta qədər mövcud olduğu müddətdə sovet hökuməti iqtisadiyyatı hər bir respublikaya xüsusi rol verildiyi bir plan vasitəsilə direktiv şəkildə qurmuşdu. İllərdir mövcud olan belə bir sistem respublikalar arasında "əmək bölgüsünü" birləşdirirdi - hər biri müəyyən malların və ya xammalın istehsalını və ya hasilatını inkişaf etdirmişdi. SSRİ-nin dağılmasından və milli respublikaların yaranmasından sonra qurulmuş istehsal lazımi infrastrukturu itirdi. Respublikalar arasında açıq sərhədlər əvəzinə gömrük nəzarəti meydana çıxdı. Belə bir vəziyyətdə MDB və ya Aİİ kimi dövlətlərarası birliklərin yaranmasının məqsədlərindən biri ölkələr arasında iqtisadi ünsiyyəti asanlaşdırmaq ola bilərdi", – Lazoviçin məqaləsində deyilir.
Aİİ ölkələri tranzit zonası və ya inteqrasiya haqqında sazişlər bağlamaqla Xəzər dənizi və Azərbaycan ərazisindən yüklərin daşınması imkanı əldə edərdilər. Başqa sözlə, razılıq əldə olunarsa, Aİİ üzvü olan ölkələr daxilində real ümumi azad ticarət məkanı yaratmaq mümkün olardı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.