DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın əks-hücumu tarixdə ən böyük hərbi məğlubiyyət olub

© Sputnik / Сергей АверинUkrayna Ordusunun məhv edilmiş tankı, arxiv
Ukrayna Ordusunun məhv edilmiş tankı, arxiv - Sputnik Azərbaycan, 1920, 14.04.2024
Abunə olmaq
Saks daha əvvəl qeyd etmişdi ki, Amerika hakimiyyəti müflis və korrupsioner dövlət olan Ukraynanın əbədi olaraq Vaşinqtondan asılı qalmasına imkan verməməlidir.
BAKI, 14 aprel — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum əməliyyatı müasir tarixdə ən böyük hərbi məğlubiyyətlərdən biri oldu.
Bu sözləri amerikalı milyarder Devid Saks X* (keçmiş Twitter) sosial şəbəkəsində deyib.
O, iş adamı İlon Maskın nəşr edilmiş fikrinə münasibət bildirib. Sonuncu yazıb ki, Kiyev Moskvaya müqavimət göstərməkdə davam edərsə, Rusiya Federasiyası daha da çox ərazilər alacaq. Bu zaman Ukrayna Odessanı və Qara dənizə çıxışını itirəcək. Maskın sözlərinə görə, bütün bunlar o deməkdir ki, sülh danışıqlarının vaxtı çatıb.
Saks deyilənlərlə razılaşıb və əlavə edib ki, Ukraynanı çıxılmaz vəziyyətə salan Qərb müttəfiqləridir. Onlar ehtiyatsız və axmaqcasına Kiyev rejimini dəstəkləyiblər.
"Tanklar və əsgərlər minalanmış ərazilərdən çaş-baş halda qaçdılar, Rusiya artilleriyası isə güclü möhkəmləndirilmiş mövqelərdən onların üzərinə yağdı" - Saks əks-hücum əməliyyatını şərh edərkən bildirib.
"ABŞ siyasəti cəzalandırılmalıdır. Amerika rəhbərliyi məsuliyyətə cəlb olunmayana qədər, Ukrayna getdikcə daha çox itirməkdə davam edəcək" - amerikalı milyarder sözünə davam edib.
Saks daha əvvəl qeyd etmişdi ki, Amerika hakimiyyəti müflis və korrupsioner dövlət olan Ukraynanın əbədi olaraq Vaşinqtondan asılı qalmasına imkan verməməlidir.
Xəbər lenti
0