CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 14 aprel – FOTO

© Sputnik / Elnur Salayev14 aprel
14 aprel - Sputnik Azərbaycan, 1920, 14.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 14 aprel — Sputnik. Aprelin 14-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 14-də kimlər dünyaya gəlib?
Nəriman Nərimanov (1870-1925) - Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1920-1922) və yazıçıdır. O, 1905-ci ildə "Hümmət" sosial-demokrat partiyasında siyasi fəaliyyətə başlayıb.
© Photo : Public DomenNəriman Nərimanov
Nəriman Nərimanov - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Nəriman Nərimanov
Fatma Qədri (1907-1968) - Azərbaycanın teatr aktrisası və ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisası, Azərbaycan SSR xalq artistidir. O, yaradıcılıq fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb və 1932-ci ildə Bakı Rus Dram Teatrının (indiki Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı) aktrisası olub.
Pyotr Qlebov (1915-2000) - Sovet və Rusiya teatr-kino aktyoru, SSRİ xalq artistidir (1981). Onun ən yaxşı kinodakı rollarından biri məşhur "Kişilər!" filmindəki Matvey Zubov rolu olub.
© Sputnik / Mediabanka keçidPyotr Qlebov
Олег Стриженов (справа) в роли летчика Егорова и Петр Глебов (слева) в фильме Владимира Краснопольского и Валерия Ускова Неподсуден - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Pyotr Qlebov
Riçi Blekmor (1945) - ingilis gitaraçıdır. O, "Deep Purple" ağır rok qrupunun yaradıcılarından biridir. 1975-ci ildə "Deep Purple"dan ayrıldıqdan sonra o, həm də ağır rok ifa edən "Rainbow" qrupunu qurub. 1997-ci ildən Blekmor həyat yoldaşı Kendis Nayt ilə birlikdə qurduğu "Blackmore's Night" folk rok layihəsində çıxış edib. O, XX əsrin ən əhəmiyyətli və nüfuzlu gitaraçılarından biri hesab olunub və bütün zamanların ən yaxşı rok gitaraçılarının bir çox siyahısına daxil edilib.
Edrien Broudi (1973) ABŞ aktyoru və prodüserdir. O, 60-dan çox filmdə rol alıb. Aktyor "Ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. O, Roman Polanskinin "Pianoçu" filmindəki polyak-yəhudi pianoçusu Vladislav Şpilman rolunu oynadıqdan sonra dünya şöhrətini qazanıb.
© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidEdrien Broudi (solda)
Актер Эдриан Броуди и модель Лара Лието (Лариса Тяка) - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Edrien Broudi (solda)
Sara Mişel Gellar (1977) amerikalı aktrisa və televiziya prodüseridir. O, "Baffi – Vampirlərin qatili", "Skubi-Du", "Qəddar oyunlar" və başqa filmlərdə oynayıb.
Aprelin 14-də dünyada baş verən tarixi hadisələr
1828-ci ildə amerikalı leksikoqraf Noa Uebster ingilis dili lüğəti nəşr edib.
1865-ci ildə Vaşinqtonda "Mənim amerikalı əmioğlum" tamaşası zamanı ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnə qarşı sui-qəsd cəhdi edilib. O, cənub tərəfdarı, aktyor Con Uilks But tərəfindən başından güllə ilə vurularaq ölümcül yaralanıb və bir gün sonra həyatını itirib.
1912-ci ildə aprelin 14-dən 15-nə keçən gecə "Titanik" gəmisi ilk səyahəti zamanı Atlantik okeanında aysberqlə toqquşduqdan 2 saat 40 dəqiqə sonra batıb. 1317 sərnişin və 908 ekipaj üzvündən yalnız 712-si sağ qalıb.
1983-cü ildə Böyük Britaniyada ilk radiotelefon satılmağa başlanıb, onun əsas üstünlüyü ondan ibarətdir ki, telefonun dəstini müəyyən məsafəyə qədər aparmaq mümkün olub.
Xəbər lenti
0