CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksilərə yeni avadanlıqları almaq və rüsumlar neçəyə başa gəlir?

© Photo : Baku City Chief Police DepartmentTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.04.2024
Abunə olmaq
Taksi sürücüləri bildirib ki, hələki qaydalarda göstərilən avadanlıqları almayıblar, çünki, buna xeyli vəsait tələb olunur.
BAKI, 14 aprel — Sputnik. İndiki tələblərə görə taksi sürücüsü işləmək üçün ilkin olaraq azı min manat pul lazımdır. Hələ avtomobilin ili köhnədirsə, avtomobili də təzələmək tələb olunur. Bir sözlə, taksi sürücüsü işləmək artıq əlçatmaz olur.
Bu sözləri Sputnik Azərbaycan-a taksi sürücüləri deyiblər. Onlar qeyd ediblər ki, əgər bu qədər tələb qoyulubsa, zəhmət çəkib takso sürücülərini işlə də təmin etməlidirlər.
Qeyd edək ki, Azərbaycanda taksi xidməti ilə bağlı müəyyən tələblər müəyyənləşib. Həmin tələblərə görə, taksilərdə sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi, taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz, gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal, taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokamera olmalıdır.
18 ildir taksi sürücüsü işləyən Mehdi Qurbanovun Sputnik Azərbaycan-a dediyinə görə, taksi sürücülərinə o qədər tələblər qoyublar ki, bu şərtlərə əməl etmək üçün birdəfəyə azı min manat pul xərcləməlidirlər:
"Taksi işlədiriksə, avtomobilə videokamera qoymalıyıq. Bunun qiyməti 70 manatdır. Bundan əlavə taksiyə məlumat lövhəsi qoymalıyıq. 20 manat da buna lazımdır. Pos-terminal üçün 700 manat və 80 manat xidmət haqqı tələb olunur. 76 manat isə təlim üçün ödəməliyik. Buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat tələb olunur. Bunları hesablayanda 1100 manata yaxın pul eləyir. Hardandır taksi sürücüsündə bu qədər pul? Biz gündəlik 20-25 manat qazanan adamlarıq. 1000 manatımız olsa, taksi sürücüsü işləmərik. Bu tələbləri qoyanların taksi sürücülərinin dolanışığından xəbəri yoxdur".
Taksi sürücüləri bildirib ki, hələ qaydalarda göstərilən avadanlıqları almayıblar.
Sputnik Azərbaycan taksilər üçün tələb olunan avadanlıqların qiymətini araşdırıb. Məlum olub ki, hazırda satışda avtomobil üçün ən ucuz videomüşahidə kamerasının qiyməti 35, ən bahalısının isə 150 manatdır. Pos-terminalların qiyməti isə 700 manatdır. Taksi sürücüsü pos-terminal əldə etmək üçün vergi idarəsindən müvafiq sənəd təqdim etməlidir.
"Pos-terminal üzrə birdəfəlik komissiya - 700 manat, yeni nəsil POS-terminal- kassa üzrə birdəfəlik qeydiyyat üçün xidmət haqqı 70,80 AZN (ƏDV daxil ), aylıq xidmət haqqı 9,44 AZN (ƏDV daxil ) təşkil edir" - Bank Respublika Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib.
© iStock.com / mediaphotosterminal
Оплата с помощью кредитной карты - Sputnik Azərbaycan, 1920, 10.04.2024
terminal
Qeyd edək ki, bu günlərdə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Bu təlim üçün taksi sürücüləri 76 manat rüsum ödəməlidirlər. Taksilərdə gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal da olmalıdır. Pos-terminal üzrə birdəfəlik komissiya 700 manatdır. Yeni tələbə görə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar olmalıdır. Hazırda satışda avtomobil üçün ən ucuz videomüşahidə kamerasının qiyməti 35, ən bahalısı isə 150 manatdır. Bunlardan əlavə "Dövlət rüsumu haqqında" Qanuna əsasən, buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksilərlə bağlı müəyyənləşmiş tələblərə əməl edilməsi şərtdir.
"Bu vəziyyəti taksi sürücüləri özləri yaratdılar. Kartla olan sifarişləri qəbul etmirdilər. Ona görə də, pos-terminal tələbi qoyuldu ki, heç bir taksi sürücüsü nağdsız ödəmədən boyun qaçırmasın" - Elməddin Muradlı bildirib.
© Sputnik / Murad OrujovElməddin Muradlı
Транспортный эксперт Эльмаддин Мурадлы - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Elməddin Muradlı
Ekspert deyib ki, taksilərlə bağlı qərarın geri oxunuşu mümkün deyil. Odur ki, taksi sürücülərinin qoyulan tələblərə əməl etməkdən başqa çıxış yolu qalmayıb. Qoyulmuş tələblər taksi xidmətinin keyfiyyətinin artırılması məqsədi daşıyır.
Məlumat üçün onu da bildirək ki,1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı "avro-5" ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.
Xəbər lenti
0