https://sputnik.az/20240414/srail-prezidenti-ranin-hucumunu-muharibe-elani-adlandirib-463923916.html
İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb
İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb
Sputnik Azərbaycan
Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb. 14.04.2024, Sputnik Azərbaycan
2024-04-14T23:38+0400
2024-04-14T23:38+0400
2024-04-15T10:27+0400
dünya xəbərləri
israil
prezident
isxak hersoq
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427108511_0:0:3072:1728_1920x0_80_0_0_b1fc1f7ca3249984d1e437e1a1f308f3.jpg
BAKI, 14 aprel - Sputnik. İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb.Bu barədə “Report” xəbər verir.“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq <…> Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – Hersoq vurğulayıb.Bununla yanaşı, Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb:“Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam”.“Biz müharibəyə can atmırıq”, – siyasətçi vurğulayıb.O həmçinin beynəlxalq ictimaiyyəti İrana və Tehranın, Hersoqun sözlərinə görə, regionda və dünyada yürütdüyü “sabitliyi pozan siyasətinə” qarşı birləşməyə çağırıb:“Dünyanın Tehrandakı şər imperiyanın üzünə baxmaq və İran rejiminə buna dözülməyəcəyini açıq şəkildə söyləmək vaxtı çatıb”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427108511_91:0:2822:2048_1920x0_80_0_0_dd357d1425b79eb96b3f3437cbda5312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, prezident, isxak hersoq
israil, prezident, isxak hersoq
İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb
23:38 14.04.2024 (Yenilənib: 10:27 15.04.2024) Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb.
BAKI, 14 aprel - Sputnik. İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb.
Bu barədə “Report” xəbər verir.
“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq <…> Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – Hersoq vurğulayıb.
Bununla yanaşı, Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb:
“Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam”.
“Biz müharibəyə can atmırıq”, – siyasətçi vurğulayıb.
O həmçinin beynəlxalq ictimaiyyəti İrana və Tehranın, Hersoqun sözlərinə görə, regionda və dünyada yürütdüyü “sabitliyi pozan siyasətinə” qarşı birləşməyə çağırıb:
“Dünyanın Tehrandakı şər imperiyanın üzünə baxmaq və İran rejiminə buna dözülməyəcəyini açıq şəkildə söyləmək vaxtı çatıb”.