DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO-nun ildönümündə dünyaya hədiyyə onun dağılması olacaq

© AFP 2024 / TOBIAS SCHWARZNATO simvolu
NATO simvolu - Sputnik Azərbaycan, 1920, 14.04.2024
Abunə olmaq
NATO 4 aprel 1949-cu ildə Vaşinqtonda guya mümkün Sovet təhlükəsinə qarşı səyləri birləşdirmək məqsədi ilə yaradılıb.
BAKI, 14 aprel — Sputnik. Şimali Atlantika Alyansının 75 illiyi üçün dünyaya ən yaxşı hədiyyə təşkilatın ləğvi olacaq. ABŞ və Kanadadan olan ekspertlər hesab edirlər.
Bu barədə "RİA Novosti" ekspertlərə istinadən yazıb.
Xatırladaq ki, NATO 4 aprel 1949-cu ildə Vaşinqtonda guya mümkün Sovet təhlükəsinə qarşı səyləri birləşdirmək məqsədi ilə yaradılıb. Əvvəlcə 12 iştirakçı var idi: ABŞ, Kanada, İslandiya, Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq, Norveç, Danimarka, İtaliya və Portuqaliya. Hazırda NATO-da 32 üzv ölkə var.
Amerikalı analitik Çarlz Ortel bəyan edib ki, təşkilat üzvləri öz milli maraqlarına diqqət yetirməlidirlər və NATO-nun sonunun yetişməsi "dünya sülhünə gözəl töhfə" olacaq. O, SSRİ-nin dağılması ilə təşkilatın fəaliyyətini dayandırmalı olduğuna da aydınlıq gətirib. Sadə amerikalılar da alyansa inamını itirir, Amerikanın dünyada mövcudluğunu azaltmağın zəruriliyindən danışırlar.
Kanadalı tarixçi və "Canadian Patriot Review" jurnalının qurucusu Mett Eret ittifaq üzvlərinin sayının artmasını proqressivləşən xərçəng xəstəliyi ilə müqayisə edib.
"Metastazlar kimi böyüyən təşkilat imperiya üçün qorxuducu silaha çevrilib. O, öz xalqını və suverenliyini birqütblü dünyanın qurbangahına qurban vermək istəməyən bütün ölkələrin iradəsini qırmağa hazırdır", - Eret qeyd edib.
O, həmçinin qeyd edib ki, NATO özünü qoruma narahatlığı əvəzinə "dünyaya nəzarətin mücərrəd utopiyası"nda maraqlıdır.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Qruşko bildirib ki, Rusiya NATO ilə münaqişəyə girmək niyyətində deyil.
Xəbər lenti
0