CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 13 aprel – FOTO

© Sputnik / Elnur Salayev13 aprel
13 aprel - Sputnik Azərbaycan, 1920, 13.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 13 aprel — Sputnik. Aprelin 13-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 13-də kimlər dünyaya gəlib?
Aida Abdullayeva (1922-2009) – AR əməkdar artisti və Azərbaycanda arfa ifaçılığının banisidir. O, həm ölkədə, həm də digər ölkələrin simfonik orkestrlərində ifa edən 50-dən çox peşəkar arfa ifaçısı yetişdirib.
© Photo : Public DomenAida Abdullayeva
Aida Abdullayeva - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Aida Abdullayeva
Tomas Cefferson (1743-1826) - ABŞ-ın üçüncü prezidenti (1801-1809) və İstiqlal Bəyannaməsinin əsas müəllifidir. O, kilsənin dövlətdən ayrılması doktrinasının müəlliflərindən biridir.
© Photo : Public DomenTomas Cefferson
Tomas Cefferson - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Tomas Cefferson
Mixail Şufutinski (1948) - Sovet və Rusiya estrada müğənnisi, RF əməkdar artistidir. Müğənni "İlin şansonu" mükafatının qalibidir.
© Sputnik / Алексей Никольский / Mediabanka keçidMixail Şufutinski
Юбилейный концерт Михаила Шуфутинского в Москве - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Mixail Şufutinski
Tatyana Navka (1975) - Belarus və Rusiya fiqurlu konkisürən, üçqat Rusiya çempionu (2003, 2004, 2006), üçqat Avropa çempionu (2004-2006), ikiqat dünya çempionu (2004, 2005) və Rusiyanın əməkdar idman ustasıdır (2004). Tatyana 2014-cü ildən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşıdır.
© Sputnik / Илья Питалев / Mediabanka keçidTatyana Navka
Олимпийская чемпионка по фигурному катанию, генеральный продюсер NAVKA.SHOW Татьяна Навка на открытии ГУМ-катка на Красной площади в Москве - Sputnik Azərbaycan, 1920, 11.04.2024
Tatyana Navka
Aprelin 13-də dünyada baş verən tarixi hadisələr
1932-ci ildə SSRİ Xalq Komissarları Soveti "Baykal-Amur dəmir yolunun tikintisi haqqında" qərar qəbul edib.
1952-ci ildən Ümumdünya Rok-n-Rol Günü qeyd olunur. Onun təşəbbüskarı amerikalı musiqiçi, eyni zamanda mahnı müəllifi və rok-n-rolun ilk ifaçısı Bill Haley olub.
Xəbər lenti
0