DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sunak Britaniyanın AİHM-dən çıxacağı ilə hədələyir

© AFP 2024 / LIAM MCBURNEYBöyük Britaniyanın baş naziri Rişi Sunak
Böyük Britaniyanın baş naziri Rişi Sunak  - Sputnik Azərbaycan, 1920, 13.04.2024
Abunə olmaq
Müvafiq bəyanatlar iki il əvvəl miqrantların Böyük Britaniyadan Ruandaya deportasiyasına ilk cəhdin qarşısını alan hakimlərə xəbərdarlıqdır.
BAKI, 13 aprel — Sputnik. Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkəyə gələn qeyri-qanuni miqrant axınının dayandırılmasının zəruri olduğunu bildirib.
Bu barədə "The Sun" yazıb.
Baş nazirin sözlərinə görə, bu məqsədə çatmaq üçün London Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) çıxmaq da daxil olmaqla, müxtəlif addımlar atmağa hazırdır.
"İnanıram ki, sərhəd təhlükəsizliyi və qeyri-qanuni immiqrasiya nəzarəti bizim hər hansı bir xarici məhkəməyə üzvlükdən daha vacibdir"- Sunak bildirib.
Nəşrin məlumatına görə, müvafiq bəyanatlar iki il əvvəl miqrantların Böyük Britaniyadan Ruandaya deportasiyasına ilk cəhdin qarşısını alan hakimlərə xəbərdarlıqdır.
Bundan əvvəl İslandiyanın keçmiş Baş naziri Siqmundur Qunnleyqsson uzun illərdir Böyük Britaniyanı narahat edən miqrant böhranına öz həllini təklif etmişdi. Onun fikrincə, London qeyri-qanuni mühacirləri Fransaya göndərə bilər.
Xəbər lenti
0