https://sputnik.az/20240413/kosmosda-insanlarin-gore-bileceyi-neheng-partlayis-olacaq-463808823.html
Kosmosda insanların görə biləcəyi nəhəng partlayış olacaq
Kosmosda insanların görə biləcəyi nəhəng partlayış olacaq
Sputnik Azərbaycan
Məlumatda qeyd olunur ki, bu nadir hadisənin şahidi olmaq üçün teleskopa və ya hər hansı qabaqcıl texnologiyaya ehtiyac yoxdur. Bunun üçün sadəcə çıxıb "Corona... 13.04.2024, Sputnik Azərbaycan
2024-04-13T12:49+0400
2024-04-13T12:49+0400
2024-04-13T12:51+0400
kosmos
elm
partlayış
partlayış
texnologiya
insanlar
bürc
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438971835_0:321:3071:2048_1920x0_80_0_0_9ea4c0f5768ea4b92e8da7545d8f0e00.jpg
BAKI, 13 aprel — Sputnik. Bu il Yerdən 3 min işıq ili uzaqlıqda baş verəcək nəhəng partlayışı hətta həvəskar astronomlar da müşahidə edə biləcəklər. "Science alert" saytı məlumat verir ki, təxminən hər 80 ildən bir "Corona Borealis" bürcündəki ikili ulduz sistemi arasında mübadilələr nüvə partlayışına səbəb olur. İlk dəfə 1866-cı ildə İrlandiyalı polimat Con Birminqem tərəfindən kəşf edilən, sonra 1946-cı ildə yenidən təkrarlanan bu hadisənin insanlar azı üçüncü dəfə şahidi olacaqlar. Arizona Dövlət Universitetinin astronomu Samner Starfild 1960-cı illərdən bəri "Blaze Star" kimi tanınan "T Coronae Borealis" bürcü üzərində işlədiyini və nəhəng partlayışı müşahidə etməyin çox maraqlı olacağını bildirib. Starfild "Milky way" və ətraf qalaktikalarda təxminən 10 təkrarlanan nova olduğunu söyləyir. Normal novaların hər 100 min ildən bir partladığını deyən Starfild nəhəng partlayışda iştirak edəcək səma cisimlərinin ölçü fərqinin böyük olduğunu bildirib. Məlumatda qeyd olunur ki, bu nadir hadisənin şahidi olmaq üçün teleskopa və ya hər hansı qabaqcıl texnologiyaya ehtiyac yoxdur. Bunun üçün sadəcə çıxıb "Corona Borealis" bürcü istiqamətinə baxmaq kifayətdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438971835_0:0:2731:2048_1920x0_80_0_0_6a36d6518b8be9f2c84bc93b4f4b15ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kosmos, partlayış, partlayış, texnologiya, insanlar, bürc
kosmos, partlayış, partlayış, texnologiya, insanlar, bürc
Kosmosda insanların görə biləcəyi nəhəng partlayış olacaq
12:49 13.04.2024 (Yenilənib: 12:51 13.04.2024) Məlumatda qeyd olunur ki, bu nadir hadisənin şahidi olmaq üçün teleskopa və ya hər hansı qabaqcıl texnologiyaya ehtiyac yoxdur. Bunun üçün sadəcə çıxıb "Corona Borealis" bürcü istiqamətinə baxmaq kifayətdir.
BAKI, 13 aprel — Sputnik. Bu il Yerdən 3 min işıq ili uzaqlıqda baş verəcək nəhəng partlayışı hətta həvəskar astronomlar da müşahidə edə biləcəklər.
"Science alert" saytı məlumat verir ki, təxminən hər 80 ildən bir "Corona Borealis" bürcündəki ikili ulduz sistemi arasında mübadilələr nüvə partlayışına səbəb olur. İlk dəfə 1866-cı ildə İrlandiyalı polimat Con Birminqem tərəfindən kəşf edilən, sonra 1946-cı ildə yenidən təkrarlanan bu hadisənin insanlar azı üçüncü dəfə şahidi olacaqlar.
Arizona Dövlət Universitetinin astronomu Samner Starfild 1960-cı illərdən bəri "Blaze Star" kimi tanınan "T Coronae Borealis" bürcü üzərində işlədiyini və nəhəng partlayışı müşahidə etməyin çox maraqlı olacağını bildirib.
Starfild "Milky way" və ətraf qalaktikalarda təxminən 10 təkrarlanan nova olduğunu söyləyir. Normal novaların hər 100 min ildən bir partladığını deyən Starfild nəhəng partlayışda iştirak edəcək səma cisimlərinin ölçü fərqinin böyük olduğunu bildirib.
Məlumatda qeyd olunur ki, bu nadir hadisənin şahidi olmaq üçün teleskopa və ya hər hansı qabaqcıl texnologiyaya ehtiyac yoxdur. Bunun üçün sadəcə çıxıb "Corona Borealis" bürcü istiqamətinə baxmaq kifayətdir.