DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ yeni nüvə sualtı qayığının yaradılmasını daha bir il təxirə salıb

© AP Photo / Juan Carlos LlorcaABŞ hərbçisi radiasiya bunkerində
ABŞ hərbçisi radiasiya bunkerində - Sputnik Azərbaycan, 1920, 13.04.2024
Abunə olmaq
Ən yeni sualtı qayığın 2027-ci ilə qədər yaradılacağı və ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük Ohayo sinifli sualtı qayıqlarını əvəz edə biləcəyi planlaşdırılırdı.
BAKI, 13 aprel — Sputnik. Birləşmiş Ştatlar Amerika nüvə sualtı gəmisinin – "Kolumbiya dairəsi"nin yaradılmasını təxirə salmağa məcbur olub.
Bu sözləri "Politico"nun müxbiri X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
Ən yeni sualtı qayığın 2027-ci ilə qədər yaradılacağı və ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük Ohayo sinifli sualtı qayıqlarını əvəz edə biləcəyi planlaşdırılırdı. Lakin onun istehsalı 12-16 ay gecikdirilməlidir.
Kiçik sualtı qayıqların və raket kreyserinin tikintisi üçün son tarixlər də geri çəkilirb Onların istehsalı daha uzun müddətə təxirə salınacaq.
Daha əvvəl bildirilmişdi ki, ABŞ Müdafiə Nazirliyi 2025-ci il üçün Konqresdən, təxminən 5,3 milyard dollar tələb edib. Bu vəsait ən son "B-21 Raider" bombardmançılarının yaradılması proqramına sərf olunacaq.
Xəbər lenti
0