CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 12 aprel – FOTO

© Sputnik / Elnur Salayev12 aprel
12 aprel - Sputnik Azərbaycan, 1920, 12.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 12 aprel — Sputnik. Aprelin 12-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 12-də kimlər dünyaya gəlib?
Seyid Şuşinski (1889 - 1965) - Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi və Azərbaycan SSR xalq artistidir. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxuyub.
© Photo : Public DomenSeyid Şuşinski
Seyid Şuşinski  - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Seyid Şuşinski
İsa Muğanna (1928 - 2014) - Azərbaycan SSR xalq yazıçısı və ssenaristdir. O, "Teleqram", "Saz", "Tütək səsi" və s. əsərləri ilə məşhurdur. Yazıçının ssenariləri əsasında "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib.
© Photo : Public Domen İsa Muğanna

İsa Muğanna - Sputnik Azərbaycan, 1920, 08.04.2024
İsa Muğanna
Endi Qarsia (1956) - ABŞ aktyoru və rejissorudur. O, "Toxunulmazlar", "Qara yağış", "Daxili araşdırma", "Xaç atası-3" və s. filmlərdə rol alıb.
© AP Photo / Brent N. ClarkeXaç atası
Endi Qarsia - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Xaç atası
Mixail Turetski (1962) - rusiyalı müğənni, musiqi prodüseri, şoumen və Rusiya Federasiyasının xalq artistidir. O, "Türk xoru" bədii qrupunun və "SOPRANO" qadın musiqi qrupunun yaradıcısı və prodüseridir.
© Sputnik / Viktor Vytolsky / Mediabanka keçid Mixail Turetski
Основатель Хора Турецкого, народный артист России Михаил Турецкий - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Mixail Turetski
Olqa Seryabkina (1985) - rusiyalı müğənni, aktrisa və teleaparıcıdır. O, 2006-2019-cu illərdə "SEREBRO" qrupunun yeganə daimi solisti olub. Müğənni "Mama Lyuba", "Mimimi", "Mən səndən əl çəkməyəcəyəm" və bir çox başqa hitlər də daxil olmaqla, qrupun mahnılarının əksəriyyətinin sözlərinin müəllifidir.
© Sputnik / Nina Zotina / Mediabanka keçidOlqa Seryabkina
Участница группы Serebro Ольга Серябкина  - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Olqa Seryabkina
Aprelin 12-də dünyada baş verən tarixi hadisələr
1968-ci ildə Beynəlxalq Aviasiya Federasiyası öz qərarında Ümumdünya Aviasiya və Kosmonavtika Gününün qeyd edilməsini təsis edib. Məhz bu gun, aprelin 12-si sovet kosmonavtı Yuri Qaqarin "Vostok-1" kosmik gəmisi ilə ilk kosmik uçuşunu həyata keçirib. Bu tarixi uçuşun cəmi 108 dəqiqə davam etməsinə baxmayaraq kosmosun tədqiqində yeni bir eranın başlanğıcı olub.
1975-ci ildə İngiltərənin Hall Universitetindəki laboratoriyasında ingilis psixoloqu Keyt Hirn tərəfindən ankaqlı yuxu fenomeni ilk dəfə eksperimental olaraq təsdiqlənib. Bu hadisənin xatirəsinə məhz bu gün beynəlxalq ankaqlı yuxular günü kimi qeyd olunur.
1981-ci ildə insanın kosmosa ilk uçuşunun 20-ci ildönümündə ABŞ-ın "Kolumbiya" kosmik gəmisi kosmosa üçüb. Komandir Con Yanq və pilot Robert Krippenin heyətində olan ekipajın idarə etdiyi sınaq uçuşu iki gün sonra Kaliforniyadakı "Edvards" Hərbi Hava Qüvvələri bazasında yumşaq enişlə başa çatıb.
1995-ci ildə ABŞ-da dünyanın ən məşhur axtarış sistemlərindən biri – Yahoo istifadəyə verilib!
Xəbər lenti
0