https://sputnik.az/20240412/planetimizin-atmosferi-cenubi-okeanin-uzerinde-en-temizdir-463786207.html
Planetimizin atmosferi Cənubi Okeanın üzərində ən təmizdir
Planetimizin atmosferi Cənubi Okeanın üzərində ən təmizdir
Sputnik Azərbaycan
Antarktida üzərində təmiz havanın səbəbi təkcə orada insan fəaliyyətinin olmaması ilə deyil, həm də fitoplanktonların fəaliyyəti ilə bağlıdır. 12.04.2024, Sputnik Azərbaycan
2024-04-12T17:17+0400
2024-04-12T17:17+0400
2024-04-12T17:48+0400
atmosfer
dünya xəbərləri
çirkləndirmə
hava
bulud
antarktida
insan
okean
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457280434_0:226:3078:1957_1920x0_80_0_0_9dc4af1aef752dc7ac45bd07f1cd2375.jpg
BAKI, 12 aprel — Sputnik. Monaşa Universitetinin avstraliyalı alimləri Yer kürəsində ən təmiz havanın olduğu yeri müəyyən ediblər. Bu yerin Antarktidanı yuyan Cənubi Okeanın üstündəki boşluq olduğu ortaya çıxıb. Tədqiqat "Climate and Atmospheric Science" (CAS) jurnalında dərc olunub. Peyk müşahidələrindən istifadə etməklə atmosferin təhlilinin göstərdiyi kimi, Antarktida üzərində təmiz havanın səbəbi təkcə orada insan fəaliyyətinin olmaması ilə deyil, həm də fitoplanktonların fəaliyyəti ilə bağlıdır. Bundan əlavə, Cənub Okeanı, Yer kürəsinin yağıntıların çox tez-tez baş verdiyi ən buludlu yeri oldu. Güclü leysan və qar yağışları çirkləndirici aerozol hissəciklərini havadan yuyurlar. Antarktida üzərindəki bulud örtüyü xüsusi hüceyrə quruluşuna malikdir. Hər bir belə hüceyrə dünyanın digər yerlərindəki buludlardan altı dəfə çox yağış yağdıra bilər. Alimlər deyirlər ki, onların kəşfi yağışın toz və digər çirkləndiriciləri havadan necə təmizlədiyini daha yaxşı anlamağa kömək edəcək. Əvvəllər tədqiqatçılar təmiz havanın ağır ağciyər infeksiyalarının artmasına kömək edə biləcəyini aşkar ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457280434_176:0:2907:2048_1920x0_80_0_0_629f934d4835eb2241f701e9ef409886.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
atmosfer, çirkləndirmə, hava, bulud, antarktida, insan, okean
atmosfer, çirkləndirmə, hava, bulud, antarktida, insan, okean
Planetimizin atmosferi Cənubi Okeanın üzərində ən təmizdir
17:17 12.04.2024 (Yenilənib: 17:48 12.04.2024) Antarktida üzərində təmiz havanın səbəbi təkcə orada insan fəaliyyətinin olmaması ilə deyil, həm də fitoplanktonların fəaliyyəti ilə bağlıdır.
BAKI, 12 aprel — Sputnik. Monaşa Universitetinin avstraliyalı alimləri Yer kürəsində ən təmiz havanın olduğu yeri müəyyən ediblər. Bu yerin Antarktidanı yuyan Cənubi Okeanın üstündəki boşluq olduğu ortaya çıxıb. Tədqiqat "Climate and Atmospheric Science" (CAS) jurnalında dərc olunub.
Peyk müşahidələrindən istifadə etməklə atmosferin təhlilinin göstərdiyi kimi, Antarktida üzərində təmiz havanın səbəbi təkcə orada insan fəaliyyətinin olmaması ilə deyil, həm də fitoplanktonların fəaliyyəti ilə bağlıdır.
Bundan əlavə, Cənub Okeanı, Yer kürəsinin yağıntıların çox tez-tez baş verdiyi ən buludlu yeri oldu. Güclü leysan və qar yağışları çirkləndirici aerozol hissəciklərini havadan yuyurlar.
Antarktida üzərindəki bulud örtüyü xüsusi hüceyrə quruluşuna malikdir. Hər bir belə hüceyrə dünyanın digər yerlərindəki buludlardan altı dəfə çox yağış yağdıra bilər.
"Yağış, paltaryuyan maşının paltarları təmizlədiyi kimi, göydən aerozolları yuyur. Soyuq cəbhəni keçəndən sonra hava təmiz olur", - ekspertlər qeyd ediblər.
Alimlər deyirlər ki, onların kəşfi yağışın toz və digər çirkləndiriciləri havadan necə təmizlədiyini daha yaxşı anlamağa kömək edəcək.
Əvvəllər tədqiqatçılar təmiz havanın ağır ağciyər infeksiyalarının artmasına kömək edə biləcəyini aşkar ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.