CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabinetinin idarə müdirindən 4 milyon manat tələb edən şəxsə hökm oxunub

© iStock.com / imaginimaMəhkəmə, arxiv
Məhkəmə, arxiv - Sputnik Azərbaycan, 1920, 12.04.2024
Abunə olmaq
Vahid Xələfov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etməkdə təqəsirləndirilir.
BAKI, 12 aprel — Sputnik. Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb edən Vahid Xələfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə son sözlə çıxış edən təqsirləndirilən Vahid Xələfov ona bəraət verilməsini istəyib.
Daha sonra hökm elan olunub. Hökmə əsasən, Vahid Xələfov 14 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən Vahid Xələfovun 15 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Vahid Xələfov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb etməkdə təqəsirləndirilir.
Təqsirləndirilən Vahid Xələfov barəsində Cinayət Məcəlləsinin 182.4( Hədə-qorxu ilə tələb etmə) və 322 (Özbaşınalıq) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, tələb olunan məbləğ 4 milyon 600 min manat olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0