https://sputnik.az/20240412/azerbaycan-ve-belarus-xn-rehberleri-gorusubler-463899061.html
Azərbaycan və Belarus XİN rəhbərləri görüşüblər
Azərbaycan və Belarus XİN rəhbərləri görüşüblər
Sputnik Azərbaycan
Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. 12.04.2024, Sputnik Azərbaycan
2024-04-12T11:33+0400
2024-04-12T11:33+0400
2024-04-12T11:33+0400
siyasət
azərbaycan xin
belarus
mdb
görüş
xarici işlər nazirləri şurası
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0c/463898514_0:161:3071:1888_1920x0_80_0_0_63c6c02a719dd44ea2adfb503abc624a.jpg
BAKI, 12 aprel - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleyniklə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər.Xatırladaq ki, bu gün Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.İclasda Xarici işlər orqanlarının rəhbərləri beynəlxalq gündəlikdəki aktual məsələlər və MDB formatında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.Xarici İşlər Nazirləri Şurasının üzvləri geniş tərkibdə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” vahid yubiley medalının təsis edilməsi məsələsini müzakirə etmək niyyətindədirlər.İclas iştirakçıları, həmçinin Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərə göndərilən nümayəndə heyətlərinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi, MDB-nin 2025 və 2026-cı illərdə idman paytaxtlarının elan edilməsi, MDB-nin əsas təşkilatları statusunun verilməsi haqqında qərarlar qəbul edəcəklər. Birlik ölkələri hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin tədqiqi, həmçinin universitet idmanı sahəsində və məhkəmə sistemləri üçün kadrların hazırlanması və ixtisasların artırılması sahəsində fikir mübadiləsi aparacaqlar.İclasda nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planının və 2023-cü ildə MDB dövlətlərinin xarici işlər nazirlikləri arasında tərəfdaşlıq əlaqələrinin intensivləşdirilməsi üzrə fəaliyyət proqramının icrasına yekun vurulacaq.Bundan əlavə, toplantıda jurnalistlərin peşə fəaliyyəti üçün təhlükəsiz şəraitin təmin edilməsi və hüquqlarının pozulmasının qarşısının alınması, o cümlədən 2024-cü il martın 22-də Rusiyanın Moskva vilayətində törədilmiş terror aktı barədə bəyanatın qəbulu nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/0c/463898514_170:0:2901:2048_1920x0_80_0_0_bb7f4eeab52e1d12ec0a120aaeabc623.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, belarus, mdb, görüş, xarici işlər nazirləri şurası
azərbaycan xin, belarus, mdb, görüş, xarici işlər nazirləri şurası
Azərbaycan və Belarus XİN rəhbərləri görüşüblər
Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
BAKI, 12 aprel - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleyniklə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər.
Xatırladaq ki, bu gün Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
İclasda Xarici işlər orqanlarının rəhbərləri beynəlxalq gündəlikdəki aktual məsələlər və MDB formatında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
Xarici İşlər Nazirləri Şurasının üzvləri geniş tərkibdə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” vahid yubiley medalının təsis edilməsi məsələsini müzakirə etmək niyyətindədirlər.
İclas iştirakçıları, həmçinin Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərə göndərilən nümayəndə heyətlərinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi, MDB-nin 2025 və 2026-cı illərdə idman paytaxtlarının elan edilməsi, MDB-nin əsas təşkilatları statusunun verilməsi haqqında qərarlar qəbul edəcəklər. Birlik ölkələri hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin tədqiqi, həmçinin universitet idmanı sahəsində və məhkəmə sistemləri üçün kadrların hazırlanması və ixtisasların artırılması sahəsində fikir mübadiləsi aparacaqlar.
İclasda nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planının və 2023-cü ildə MDB dövlətlərinin xarici işlər nazirlikləri arasında tərəfdaşlıq əlaqələrinin intensivləşdirilməsi üzrə fəaliyyət proqramının icrasına yekun vurulacaq.
Bundan əlavə, toplantıda jurnalistlərin peşə fəaliyyəti üçün təhlükəsiz şəraitin təmin edilməsi və hüquqlarının pozulmasının qarşısının alınması, o cümlədən 2024-cü il martın 22-də Rusiyanın Moskva vilayətində törədilmiş terror aktı barədə bəyanatın qəbulu nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.