Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan və Aİİ ölkələri ilə Rusiyanın milli valyutalarında qarşılıqlı hesablaşmalar

Abunə olmaq
Rusiyanın Azərbaycan Respublikasındakı diplomatik missiyasının rəhbərinin sözlərinə görə, 2024-cü ilin əvvəlində iki ölkənin milli valyutalarından istifadə 54%-i ötüb.
BAKI, 12 aprel - Sputnik. 2024-cü ilin əvvəlinə Rusiya ilə Azərbaycan arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar 54%-i ötüb. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.

“Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutaları - rubl və manatdan istifadə 54%-i ötüb. Yəni, Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq”, - deyə səfir bildirib.

Bundan əlavə, diplomatın sözlərinə görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi gözlənilən 4 milyard dolları keçərək 17% artaraq 4,4 milyard dollara çatıb.
Üstəlik, bu artıma Bakı vasitəsilə təkrar ixracla deyil, iri sənaye kooperasiya layihələri vasitəsilə nail olunub.
Rusiya ilə Avrasiya İqtisadi İttifaqının digər ölkələri arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar barədə məlumat üçün Sputnik Azərbaycan-ın infoqrafikasına baxın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0