DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski müraciətlərə məhəl qoymur

© Ukrainian Presidential Press Office via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2024
Abunə olmaq
Zelenskinin özünə də müsahibə üçün çoxsaylı sorğular göndəriblər ki, o, mövqeyini izah edə bilsin.
BAKI, 11 aprel — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin müsahibə üçün müraciətlərimin heç birinə cavab verməyib.
ABŞ-dan olan jurnalist Taker Karlson bu barədə X* sosial şəbəkəsindəki səhifəsində yazıb.
Karlson ABŞ-ın Kiyevə yardımını müzakirə edən konqresmen Marjori Teylor Qrinlə müsahibədən bir parça dərc edib. Jurnalistin sözlərinə görə, o, həmçinin Nümayəndələr Palatasının spikeri Mayk Conson və Zelenskiyə də müsahibə üçün təklif edib, lakin heç kim ona cavab verməyib.
"Biz Zelenskinin özünə də müsahibə üçün çoxsaylı sorğular göndərdik ki, o, mövqeyini izah edə bilsin. Təbii ki, o, bu sorğulara məhəl qoymadı" – Karlson qeyd edib.
Bundan əvvəl Karlson bildirmişdi ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna hakimiyyətini İstanbulda Rusiya ilə müqavilə bağlamaqdan çəkindirmək üçün Kiyevə səfər edib. Onun sözlərinə görə, bütün bunlar ABŞ-ın göstərişi ilə edilib.
Xəbər lenti
0