https://sputnik.az/20240411/nasa-ya-2024-cu-ilde-standart-ay-vaxtini-hazirlamaq-tapsirilib-463757057.html
NASA-ya 2024-cü ildə standart Ay vaxtını hazırlamaq tapşırılıb
NASA-ya 2024-cü ildə standart Ay vaxtını hazırlamaq tapşırılıb
Sputnik Azərbaycan
Təşəbbüs kommersiya layihələri və Ayın kəşfiyyatına marağın artması səbəbindən aktuallaşıb. 11.04.2024, Sputnik Azərbaycan
2024-04-11T11:27+0400
2024-04-11T11:27+0400
2024-04-11T13:31+0400
nasa
elm
hesabat
hesabat
alimlər
tikinti
tikinti şirkətləri
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440449549_0:0:3072:1728_1920x0_80_0_0_156b3c52e1593a82a68ac3b817e5247e.jpg
BAKI, 11 aprel — Sputnik. ABŞ Milli Aerokosmik Administrasiyasının (NASA) əməkdaşları Ağ Evdən "standart Ay vaxtını" formalaşdırmaq tapşırığını alıblar. İşlər 2024-cü ildə başa çatdırılmalıdır. Bu barədə ABŞ administrasiyasının saytında sənəd dərc olunub. Təşəbbüs kommersiya layihələri və Ayın kəşfiyyatına marağın artması səbəbindən aktuallaşıb. Ağ Evin fikrincə, vaxt barədə məlumatlı olmaq tədqiqat, iqtisadi inkişaf və beynəlxalq qarşılıqlı fəaliyyət üçün vacibdir. Sənədin mətnində deyilir: "Bu, ABŞ-ın kosmosda liderliyi üçün əsas yaradır". 2026-cı ilin sonuna qədər işləri federal idarələr həyata keçirəcək. Onların arasında Ticarət, Müdafiə, Nəqliyyat nazirlikləri və Dövlət Departamenti var. Onlar kosmik vaxt üçün standart hazırlayacaqlar. NASA mütəxəssisləri bu ilin sonuna qədər bu vəzifə haqqında hesabat verməlidirlər. Onlar ayın vaxtını koordinasiya etməlidirlər. Daha əvvəl NASA alimlərinin texnologiya və tikinti şirkətləri ilə fəal əməkdaşlıq etdiyi bildirilmişdi. Onlar yaxın on il yarım ərzində Ayda yerləşdirilməsi planlaşdırılan yaşayış binalarının prototiplərini hazırlamaq niyyətindədirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440449549_341:0:3072:2048_1920x0_80_0_0_6150cfe7afe861cb6b6b8b1670d4f173.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nasa, hesabat, hesabat, alimlər, tikinti, tikinti şirkətləri
nasa, hesabat, hesabat, alimlər, tikinti, tikinti şirkətləri
NASA-ya 2024-cü ildə standart Ay vaxtını hazırlamaq tapşırılıb
11:27 11.04.2024 (Yenilənib: 13:31 11.04.2024) Təşəbbüs kommersiya layihələri və Ayın kəşfiyyatına marağın artması səbəbindən aktuallaşıb.
BAKI, 11 aprel — Sputnik. ABŞ Milli Aerokosmik Administrasiyasının (NASA) əməkdaşları Ağ Evdən "standart Ay vaxtını" formalaşdırmaq tapşırığını alıblar. İşlər 2024-cü ildə başa çatdırılmalıdır.
Bu barədə ABŞ administrasiyasının saytında sənəd dərc olunub.
Təşəbbüs kommersiya layihələri və Ayın kəşfiyyatına marağın artması səbəbindən aktuallaşıb. Ağ Evin fikrincə, vaxt barədə məlumatlı olmaq tədqiqat, iqtisadi inkişaf və beynəlxalq qarşılıqlı fəaliyyət üçün vacibdir.
Sənədin mətnində deyilir: "Bu, ABŞ-ın kosmosda liderliyi üçün əsas yaradır".
2026-cı ilin sonuna qədər işləri federal idarələr həyata keçirəcək. Onların arasında Ticarət, Müdafiə, Nəqliyyat nazirlikləri və Dövlət Departamenti var. Onlar kosmik vaxt üçün standart hazırlayacaqlar.
NASA mütəxəssisləri bu ilin sonuna qədər bu vəzifə haqqında hesabat verməlidirlər. Onlar ayın vaxtını koordinasiya etməlidirlər.
Daha əvvəl NASA alimlərinin texnologiya və tikinti şirkətləri ilə fəal əməkdaşlıq etdiyi bildirilmişdi. Onlar yaxın on il yarım ərzində Ayda yerləşdirilməsi planlaşdırılan yaşayış binalarının prototiplərini hazırlamaq niyyətindədirlər.