CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kolbasaların keyfiyyəti ilə bağlı dəhşətli faktlar-Video + Foto

Kolbasa - Sputnik Azərbaycan, 1920, 11.04.2024
Abunə olmaq
Sağlam qidalanma üzrə ekspert bildirib ki, davamlı kolbasa istehlakı xərçəngə belə səbəb olur.
BAKI, 11 aprel — Sputnik. Sputnik Azərbaycan ölkəmizdə satılan kolbasaların keyfiyyətini araşdırıb. Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova Sputnik Azərbacan Multimedia Mərkəzində istehlakçılara, Sputnik Azərbaycan-ın oxucularına ev şəraitində kolbasaların keyfiyyətini necə yoxlaya biləcəklərini izah edib. Eyni zamanda o, istehlakçıların kolbasaların keyfiyyəti ilə bağlı hansı məqamlara diqqət yetirilməli olduğundan danışıb.
M.Hüseynova bildirib ki, bəzi insanlar kolbasaları gündəlik istehlak etsələr də, kolbasa gündəlik yeyiləcək məhsul deyil. Onun sözlərinə görə, gün ərzində insan 50 qramdan çox kolbasa istehlak etməməlidir. Ekspert bunu kolbasanın uzun müddət qalması üçün onun tərkibinə qatılan kimyəvi maddələrlə əlaqələndirib. Bildirib ki, kolbasa ət məhsulundan hazırlandığından, tez xarab olmaması üçün tərkibinə müxtəlif maddələr qatılır. Bu isə kolbasanı orqanizmimiz üçün zərərli məhsula çevirir.
© Sputnik Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova
 Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova  - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova

"Sağlamlığına diqqət edən insanlar kolbasadan istifadə etməməlidirlər. Kolbasaya vurulan ətin tərkibində mikroorqanizmlərin çoxalmaması üçün ona müxtəlif maddələr vurulur. Bu halda həmin kolbasa orqanizmimiz üçün faydalı məhsulların da məhv olmasına səbəb olur. Bağırsaqlarda orqanizmimizi, immun sistemimizi qoruyan bakteriyalar da məhv olur. Xüsusilə uşaq və yeniyetmə orqanizmi üçün kolbasalar daha təhlükəlidir. Bu zaman orqanizmdə lazımlı bakteriyalar da məhv olur. Davamlı kolbasa istehlakı xərçəngə belə səbəb olur. Kolbasa delikates qida olduğundan, yalnız keyfiyyətli kolbasadan gün ərzində 50 qram istifadə etmək olar", - Məhsəti Hüseynova bildirib.

O, əlavə edib ki, kolbasa istehsalı zamanı zərərli məhsulların böyrək və qaraciyərə toplanır, bu vacib orqanlarımıza zərər vurur. Nəticədə immun sistemi aşağı düşür ki, bu da müxtəlif xəstəliklərə yoluxmağa şərait yaradır.
M.Hüseynova bildirib ki, kolbasa alarkən müəyyən məqamlara diqqət göstərilməlidir. Əsas diqqət göstərilməli məqam kolbasanın güvənilən, tanınmış şirkətin məhsulu olmasıdır.
"A kateqoriyalı kolbasaların tərkibi 80 faiz ətdən olur. B kateqoriyalı kolbasalarda isə ət 60 faiz təşkil edir. D kateqoriyada 40-60 faizədək ət olmalıdır", - qida eksperti bildirib.
Onun sözlərinə görə, kolbasa istehsalında heyvan mənşəli yağlardan istifadə daha məqsədəuyğundur. O, kolbasalara normadan artıq nişasta vurulmasının da düzgün olmadığını söyləyib. Bildirib ki, kolbasaların istifadə müddəti 30 günü keçməməli olsa da, hazırda satışda bir-iki il istifadə müddəti olan kolbasalar var ki, onlar risk mənbəyidir.
Qida eksperti bildirib ki, kolbasanın hansı heyvan ətindən olmasını gözlə müşahidə etmək mümkün deyil. Bunun üçün dnt analizi aparılmalıdır. O, müxtəlif heyvan ətlərinin qarışdırılaraq istehsal olunduğu kolbasanı almağın məsləhət olmadığını bildirib: "İstehlakçılar toyuq, hinduşka və digər heyvan ətlərindən birgə hazırlanan kolbasaları almaqdan çəkinsələr daha yaxşıdır. Çünki, bu zaman insan orqanizmində həzm prosesi çətin gedir".
© SputnikKolbasa testi
 Sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseynova  - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Kolbasa testi
M. Hüseynova ev şəraitində kolbasanın keyfiyyətini yoxlamağın yollarından da danışıb. Bildirib ki, kolbasa yumşaq olmamalı, əl ilə üzərindən basdıqda dərhal öz formasına qayıtmalıdır. Əgər əksi müşahidə olunursa, bu onun tərkibində əlavə zülal və nişastanın çox olduğunu göstərir. Həmsöhbətimiz onu da vurğulayıb ki, tünd rəngli kolbasaları almaqdan çəkinmək lazımdır. Bu, kolbasanın tərkibində nitritin çox olduğunun göstəricisidir. O, təbii rəngli kolbasalara üstünülük verilməli olduğunu bildirib.
Ekspert satışdakı kolbasaların tərkibinə ətlə yanaşı heyvan dərisi və qığırdağının da qatıldığını söyləyib. Deyib ki, bu orqanizm üçün təhlükəlidir. O, həmçinin kolbasaların tərkibinə ətlə yanaşı karton da qatılması hallarının olduğunu söyləyib. Bildirib ki, kolbasa əllə əzdikdə ovularaq çürümüş vəziyyət alırsa bu onun tərkibinə karton vurulduğunu göstərir.
Kolbasanın əsas hissəsini suyun təşkil etdiyini deyən ekspert, məhsula istehsal zamanı çox su vurularsa bişirildikdə ölçüsünün balacalaşdığını söyləyib. O, adətən istehsalçıların ağır gəlməsi üçün kolbasaya çox su vurduğunu deyib.
M.Hüseynova çox ətirli kolbasaları almaqdan çəkinməyi məsləhət görür.
Ekspert kolbasanın üzərinə yod tökməklə də onun keyfiyyətini yoxlamağın mümkün olduğunu söyləyib. Bildirib ki, üzərinə yod tökülən kolbasada yodun rəngi dəyişərək qara, bənövşəyi və tünd göy rəngə dönürsə bu kolbasanın tərkibində nişastanın çox olmasının, keyfiyyətsiz olduğunu göstərir. Əgər yod rəngini dəyişmirsə və az qəhvəyi rəngə çalırsa bu kolbasada ətdən çox istifadə olunduğunu, keyfiyyətli olduğunu bildirir.
Bunlardan əlavə M. Hüseynova kolbasa alarkən qiymətinə diqqət yetirməyin vacibliyini vurğulayıb. Bildirib ki, kolbasanın qiyməti ətin qiymətindən baha olmalıdır. Çünki, kolbasa istehsalı zamanı məhsulun qiymətinin üzərinə istehsal xərci əlavə olunur.
Qeyd edək ki, hazırda bazarda mal ətinin bir kiloqramının qiyməti 14 manat 50 qəpik, qoyun ətinin bir kiloqramı 18 manatdır. Amma satışda kiloqramı 3-4 manata olan kolbasalar var.

Multimonitorinq Planının icrası məqsədilə kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrdə aşkarlanan uyğunsuzluqlara dair
MƏLUMAT

Məhsulun istehsalçısı

Məhsulun
əmtəə nişanı

Məhsulun növü

İstehsal tarixi

1

"Səhliyalı" Kiçik Müəssisəsi

"Səhliyalı"

yarım hisə verilmiş "Servelat" kolbasası

10.02.2023

2

Rəhimovların Ailə Təsərrüfatı

"Kəndli"

bişirilmiş hisə verilmiş kolbasa

22.02.2023

3

"Sevilən Ad" MMC

"Dilim-Dilim"

bişmiş "Lyubitelskaya" kolbasası

21.02.2023

4

"Əsl Dad"

bişmiş "Toyuq" kolbasası

10.02.2023

5

"Əsl Dad"

bişmiş "Doktorskaya" kolbasası

20.02.2023

6

"Mir 2016" MMC

"Köhnə Dad"

yarım hisə verilmiş "Servelat" kolbasası

04.02.2023

7

"M&T" Ltd firması

"Sevimli Dad"

əla növ südlü sosiska

05.02.2023

8

"Səhliyalı" Kiçik Müəssisəsi

"Halal 5+"

"Sacüstü" halal sosiska

04.02.2023

9

Ovçular Ət və Ət Məhsulları" MMC

"Ovçular"

"Külləmə" halal sosiska

17.02.2023

Xəbər lenti
0