CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 10 aprel – FOTO

© Sputnik / Elnur Salayev10 апреля
10 апреля - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 10 aprel — Sputnik. Aprelin 10-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 10-da kimlər dünyaya gəlib?
Qılman İlkin (1914-2009) - Azərbaycanın xalq yazıçısıdır. O, "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri" kitablarının müəllifidir.
© Photo : Public domainQılman İlkin
Qılman İlkin - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Qılman İlkin
Maks fon Südov (1929-2020) - isveç film aktyorudur. O, "Yeddinci möhür", "Skafandr və kəpənək", "Taxt-tac oyunları", "Ulduz müharibələri" və s. filmlərdə maraqlı obrazları canlandırıb.
© AP Photo / Gero BreloerMaks fon Südov
Maks fon Südov  - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Maks fon Südov
Ömər Şərif (1932-2015) - Misirli Hollivud aktyorudur. O, əsasən ABŞ və Avropa kinosunda gördüyü işlərlə tanınır. Aktyor iki dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Ömər "Məzəli qız", "Makkennanın qızılı", "Çingiz xan" və s. filmlərdə unudulmaz obrazlar yaradıb.
© AP Photo / Andrew MedichiniÖmər Şərif
Ömər Şərif  - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Ömər Şərif
Bella Axmadulina (1937-2010) - Sovet və Rusiya şairəsi, yazıçı və tərcüməçidir. Onun poeziyası klassik ənənə ilə modernist üsulları üzvi şəkildə birləşdirir. O, həmçinin esseləri və tərcümələri ilə də tanınır.
© Sputnik / Валерий Мельников / Mediabanka keçidBella Axmadulina
Bella Axmadulina - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Bella Axmadulina
Stiven Siqal (1952) amerikalı aktyor, kinorejissor, musiqiçi və aykido ustasıdır. O, 2016-cı ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Rusiya vətəndaşlığını alıb.
© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidAmerikalı aktyor və prodüser Stiven Siqal
Amerikalı aktyor və prodüser Stiven Siqal - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Amerikalı aktyor və prodüser Stiven Siqal
Aprelin 10-da dünyada baş verən tarixi hadisələr
1710-cu ildə İngiltərədə tarixdə ilk müəllif hüquqları qanunu olan "Kraliça Anna Statusu" qüvvəyə minib. Qanuna əsasən yazıçı əlyazmasından istifadə hüququnu 14 il müddətinə satmaq imkanı əldə edib, daha sonra bu hüquq müəllifə qaytarılıb və o, onu eyni müddətə başqasına sata bilib.
1820-ci ildə ilk ingilis köçkünləri Cənubi Afrikanın Alqoa buxtasında məskunlaşıblar.
2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və Polşa hökumət nümayəndə heyətininin olduğu prezident təyyarəsi Smolenskdəki "Severnı" aerodromuna enərkən qəzaya uğrayıb. Təyyarədə olanların hamısı həlak olub.
2019-cu ildə dünyaya M87 qalaktikasının mərkəzində yerləşən qara dəliyin ilk fotoşəkili təqdim edilib. Bərpa olunmuş təsvirini hadisənin üfüqünün qaranlıq "kölgəsi", həmçinin qara dəliyə düşən materiyanın fırlanan diskini görmək olar.
Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamı ilə təsis edilən İnşaatçılar Günü Azərbaycanda qeyd olunur.
Xəbər lenti
0