DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mərkəzi Kəşfiyyat İdarəsi Kiyevin Moskvaya qarşı mübarizəsinə rəhbərlik edir

© AFP 2024 / JIM WATSONMKİ-nin loqosu
MKİ-nin loqosu - Sputnik Azərbaycan, 1920, 10.04.2024
Abunə olmaq
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mütəxəssislərinin çoxu birbaşa Ukraynada münaqişəni idarə edən məsləhətçi kimi çıxış edirlər.
BAKI, 10 aprel — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları Ukraynadadır və Kiyevlə Moskva arasındakı qarşıdurmaya rəhbərlik edirlər.
Bu sözləri ABŞ Konqresinin üzvü Marjori Taylor Qrin jurnalist Taker Karlsonla söhbətində deyib.
Onun sözlərinə görə, MKİ çox mühüm rol oynayır. Belə ki, rəhbərlik münaqişəni maliyyələşdirir, onun pulunu ödəyir və öz səyləri ilə davam etməsinə şərait yaradır. İdarənin mütəxəssislərinin çoxu birbaşa Ukraynada münaqişəni idarə edən məsləhətçi kimi çıxış edirlər.
"Bu, icazə veriləndən kənara çıxır" - Marjorie Taylor Qrin bildirib.
O əlavə edib ki, bütün bu hərəkətlər Vaşinqtonun milli təhlükəsizlik narahatlıqlarına cavab vermir. Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması, hətta təşəbbüsü də ölkə üçün ən sərfəlisidir.
Parlamentari daha əvvəl Ukrayna ordusunda qorxulu sayda nasistin olduğuna diqqət çəkib. Söhbət başqa şeylərlə yanaşı "Azov" batalyonundan gedir*.
Xəbər lenti
0