NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Yaxın Şərqdə atəşkəs ümidləri azaldıqca neft qiymətləri yüksəlir

© AP Photo / Richard DrewBirja, arxiv
Birja, arxiv - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Abunə olmaq
İnvestorlar neft tədarükünün pozulması riskini qiymətləndirməyə davam edirlər. Analitiklərin fikrincə, Yaxın Şərqdə genişmiqyaslı müharibə neftin tədarükünü poza bilər.
BAKI, 9 aprel — Sputnik. Yaxın Şərqdə atəşkəs ümidləri azaldıqca neft qiymətləri yüksəlir.
İsrail və HƏMAS arasında danışıqların Yaxın Şərqdə gərginliyin azalmasına gətirib çıxaracağına dair ümidlərin azalmasından sonra neft bahalaşıb.
"Brent" markalı neft 28 sent artaraq 90,66 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 21 sent bahalaşaraq 86,64 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,39 dollar azalaraq 93,33 dollar təşkil edib.
İnvestorlar neft tədarükünün pozulması riskini qiymətləndirməyə davam edirlər. Analitiklərin fikrincə, Yaxın Şərqdə genişmiqyaslı müharibə neftin tədarükünü poza bilər.
Eyni zamanda, analitiklərin fikrincə, neftə tələbatın artması qiymətləri dəstəkləyir. Belə ki, Hindistanın yanacağa tələbatı rekord həddə çatıb. Çində də yanacağa tələbatın artacağı gözlənilir.
Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib ki, neftin qiymətinin müşahidə olunan artım, digər məsələlərlə yanaşı, bazarın Yaxın Şərqdəki vəziyyətə reaksiyası ilə bağlıdır. Bazarda tələb və təklif balansı məsələsinə toxunan Baş nazirinin müavini qeyd edib ki, hazırda balans məsələsində vəziyyət sabitdir.
"Son bir neçə gündə müşahidə etdiyimiz hazırki qiymət artımı bazarın Yaxın Şərqdəki vəziyyətə reaksiyası ilə də bağlıdır. Tələb və təklif balansına gəlincə, burada vəziyyət sabitdir və biz buna nəzarəti davam etdirəcəyik", Aleksandr Novak qeyd edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0