Tarixdə bu gün: 9 aprel – FOTO
© Sputnik / Elnur Salayev9 aprel
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 9 aprel — Sputnik. Aprelin 9-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 9-da kimlər dünyaya gəlib?
Sidqi Ruhulla (1886-1959) - Azərbaycan aktyoru, teatr rejissoru və SSRİ xalq artistidir. O, 50 illik səhnə fəaliyyəti dövründə 300-ə yaxın obraz yaradıb.
© Photo : Azerbaijan State Theatre MuseumSidqi Ruhulla
Sidqi Ruhulla
© Photo : Azerbaijan State Theatre Museum
Ceyhun Mirzəyev (1946-1993) - Sovet və Azərbaycan kinoaktyoru və rejissorudur. O, "Ögey ana", "İşarəni dənizdən gözləyin", "Bəyin oğurlanması", "Yenilməz batalyon" və s. filmlərdə rol alıb.
© Photo : "Aşkarfilm" / 1993Ceyhun Mirzəyev "Fəryad" filmində
Ceyhun Mirzəyev "Fəryad" filmində
© Photo : "Aşkarfilm" / 1993
Jan-Pol Belmondo (1933-2021) - fransız teatr və kino aktyorudur. O, "Peşəkar", "Riodan olan adam", "İki nəfərə bir şans", "Qadın qadındır", "Dəli Pyerro" və s. filmlərdə oynayıb.
© AFP 2024 / JOEL SAGETJan-Pol Belmondo
Jan-Pol Belmondo
© AFP 2024 / JOEL SAGET
Viktor Çernomırdin (1938-2010) - Sovet və Rusiya dövlət xadimi, Nazirlər Şurasının sədri (1992-1993), hökumət sədri (1993-1998), 2009-cu il iyunun 11-dən ömrünün sonuna kimi prezident müşaviri və Rusiya Federasiyası prezidentinin MDB ölkələri ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
Viktor Çernomırdin
© Sputnik / Пресс-служба ОАО "Газпром"
/ Dennis Kueyd (1954) - amerikalı aktyordur. O, "Radiodalğa", "Cinayət əlaqələri" və s. filmlərdə rol alıb.
© Jordan Strauss / Invision / APDennis Kueyd
Dennis Kueyd
© Jordan Strauss / Invision / AP
Aprelin 9-da dünyada baş verən tarixi hadisələr
1667-ci ildə Parisdə dünyanın ilk ictimai incəsənət əsərləri sərgisi keçirilib.
1963-cü ildə ingilis dövlət və siyasət xadimi Uinston Çörçill ABŞ Konqresinin ABŞ-ın fəxri vətəndaşı adını verdiyi ilk əcnəbi olub.
1966-cı ildə Vatikan dörd əsrdən çox mövcud olan qadağan olunmuş Kitablar İndeksini ləğv edib.