Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sadır Japarov Azərbaycana gələcək

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Abunə olmaq
Qırğız Respublikasının prezidentinin Səfər aprelin sonuna planlaşdırılıb.
BAKI, 9 aprel — Sputnik. Qırğız Respublikasının prezidenti Sadır Japarov aprelin 24-25-də Azərbaycanda dövlət səfərində olacaq. Bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra məlumat verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Bakıda yazıçı Çingiz Aytmatovun abidəsinin təntənəli açılış mərasimi keçiriləcək. Açılışın Qırğızıstan və Azərbaycanın mədəniyyətlərarası günləri çərçivəsində keçirilməsi planlaşdırılır.
Açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0