SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Miller: Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi dialoqdan keçir

© iStock.com / Oleksandr FilonAzərbaycan-Ermənistan
Azərbaycan-Ermənistan  - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Abunə olmaq
Dövlət Departamentinin mətbuat katibi bildirib ki, bunu dövlət katibi Antoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da bəyan edib.
BAKI, 9 aprel — Sputnik. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi dialoqdan keçir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə bildirib.
"Biz hər iki tərəfin diqqətinə dialoqun vacibliyi ilə bağlı mövqeyimizi çatdırmışıq. Rəsmi Vaşinqton hər zaman Azərbaycan və Ermənistan arasında müzakirə mühitinin mövcudluğunu dəstəkləyir. Bunu dövlət katibi Antoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da bəyan edib.
Azərbaycanla Ermənistan arasındakı dialoqda rol oynamağa hazırıq. Bununla belə mən yaxın vaxtlarda hər hansı görüşün keçirilib-keçirilməyəcəyi barədə fikir söyləməyin tez olduğunu düşünürəm", - o deyib.
Xatırladaq ki, bir müddət əvvəl Miller bildirmişdi ki, ABŞ-nin Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhün əldə edilməsinə yönəlib.
"Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir", - Miller bildirib.
Xəbər lenti
0