CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallı sakinindən 10 kq narkotik götürülüb

© Photo : State Border Service of Azerbaijan Republicnarkotik
narkotik  - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Abunə olmaq
Valeh Xudaverdiyevin əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb.
BAKI, 9 aprel — Sputnik. Masallı sakininində 10 kiloqram narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
Xatırladaq ki, aprelin 6-7-də ümumi çəkisi 35,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,6 kiloqramdan artıq heroin, 27 kiloqramdan çox marixuana, 4 kiloqrama yaxın metamfetamin və tiryək olub.
Xəbər lenti
0