SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və İtaliya XİN rəhbərlərinin müavinləri görüşüb

© Photo : MFAAzərbaycan XİN
Azərbaycan XİN - Sputnik Azərbaycan, 1920, 09.04.2024
Abunə olmaq
İtaliya XİN-dən bildirilib ki, Azərbaycan Qafqazın sabitliyi və inkişafı üçün İtaliyanın daha böyük rolunu dəstəkləyir.
BAKI, 9 aprel — Sputnik. Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə görüşüb. Bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında mükəmməl ikitərəfli münasibətlərə və strateji tərəfdaşlığın əhəmiyyətinə diqqət yetirilib.
"Azərbaycan Qafqazın sabitliyi və inkişafı üçün İtaliyanın daha böyük rolunu dəstəkləyir", - İtaliya XİN-dən bildirilib.
Görüş aprelin 8-də baş tutub.
Xatırladaq ki, bir müddət əvvəl İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib və bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0