https://sputnik.az/20240408/zaur-memmedov-brks-le-munasibetlerimiz-yeni-merheleye-qedem-qoyub-463799182.html
Zaur Məmmədov: BRİKS-lə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub
Zaur Məmmədov: BRİKS-lə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub
Sputnik Azərbaycan
Bakıda “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilir. 08.04.2024, Sputnik Azərbaycan
2024-04-08T12:20+0400
2024-04-08T12:20+0400
2024-04-08T12:20+0400
briks
siyasət
azərbaycan
zaur məmmədov
politoloq
rusiya
hindistan
avropa
avropa
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457915029_0:0:3152:1773_1920x0_80_0_0_dfbfbf02d0e5eec6ed327a5f430d5592.jpg
BAKI, 8 aprel — Sputnik. BRİKS-lə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. Bunu politoloq Zaur Məmmədov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib. "Ayrı-ayrı hegemon qüvvələr arasında mübarizə gedir. Bu vəziyyətdə doğru seçim edilməsi zəruridir. BRİKS birqütblü dünyaya qarşı yaranıb. Azərbaycanın bu təşkilata meyllənməsi bizim üçün təhlükə yaratmır. Bu gün bizim iki böyük qonşumuz Rusiya və İran bu təşkilatın üzvləridir. Bizim niyyətimiz BRİKS-in nəqliyyat kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir, bu bizim üçün yeni perspektivlər və imkanlar açır. BRİKS ölkələri dünya üzrə istehsalın böyük həcminə malikdirlər", - o, əlavə edib. Məmmədov əmindir ki, Azərbaycan bu təşkilata üzv olmaqla böyük ixrac imkanları əldə edə bilər: "BƏƏ-nin bu il təşkilata üzvlüyünü görə bilərik. Azərbaycanın BRİKS-in digər ölkələri ilə də əməkdaşlığını genişləndirəcəyini gözləyə bilərik. BRİKS ölkələri Azərbaycanı bir çox beynəlxalq platformalarda Azərbaycanı müdafiə edib. Bu təşkilat bizim üçün yeni imkanlar yaradacaq. Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər. Amma Azərbaycanın iqtisadi mənada bütünlüklə Avropadan uzaqlaşacağını gözləmək olmaz. Azərbaycan BRİKS ilə əməkdaşlıqdan iqtisadi və siyasi mənfəətlər qazana bilər".
avropa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/16/457915029_0:0:2732:2048_1920x0_80_0_0_8fc5f4508acc0d5dfd5cb1c2bfedcf5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
briks , azərbaycan, zaur məmmədov, politoloq, rusiya, hindistan, avropa, avropa
briks , azərbaycan, zaur məmmədov, politoloq, rusiya, hindistan, avropa, avropa
Zaur Məmmədov: BRİKS-lə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub
Bakıda “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilir.
BAKI, 8 aprel — Sputnik. BRİKS-lə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. Bunu politoloq Zaur Məmmədov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
"Ayrı-ayrı hegemon qüvvələr arasında mübarizə gedir. Bu vəziyyətdə doğru seçim edilməsi zəruridir. BRİKS birqütblü dünyaya qarşı yaranıb. Azərbaycanın bu təşkilata meyllənməsi bizim üçün təhlükə yaratmır. Bu gün bizim iki böyük qonşumuz Rusiya və İran bu təşkilatın üzvləridir. Bizim niyyətimiz BRİKS-in nəqliyyat kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir, bu bizim üçün yeni perspektivlər və imkanlar açır. BRİKS ölkələri dünya üzrə istehsalın böyük həcminə malikdirlər", - o, əlavə edib.
Məmmədov əmindir ki, Azərbaycan bu təşkilata üzv olmaqla böyük ixrac imkanları əldə edə bilər: "BƏƏ-nin bu il təşkilata üzvlüyünü görə bilərik. Azərbaycanın BRİKS-in digər ölkələri ilə də əməkdaşlığını genişləndirəcəyini gözləyə bilərik. BRİKS ölkələri Azərbaycanı bir çox beynəlxalq platformalarda Azərbaycanı müdafiə edib. Bu təşkilat bizim üçün yeni imkanlar yaradacaq. Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər. Amma Azərbaycanın iqtisadi mənada bütünlüklə Avropadan uzaqlaşacağını gözləmək olmaz. Azərbaycan BRİKS ilə əməkdaşlıqdan iqtisadi və siyasi mənfəətlər qazana bilər".