Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"N" hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib

© AR Ministry of Defence“N” hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib
“N” hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib
 - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Abunə olmaq
Plana uyğun olaraq xəritə üzərində icra ediləcək tapşırıqlar dəqiqləşdirildikdən sonra bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb.
BAKI, 8 aprel — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində "N" hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.
© AR Ministry of Defence“N” hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib
“N” hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib
 - Sputnik Azərbaycan, 1920, 08.04.2024
“N” hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib
Müdafiə Nazirliyindən bildiriblər ki, plana uyğun olaraq xəritə üzərində icra ediləcək tapşırıqlar dəqiqləşdirildikdən sonra bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılıb, eləcə də qəbul edilən qərarlara dair komandir heyətinin məruzələri dinlənilib.
© AR Ministry of Defence“N” hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib
“N” hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib
 - Sputnik Azərbaycan, 1920, 08.04.2024
“N” hərbi hissəsinin kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib
Müasir və yüksək texnologiyalı kompüter proqramlarının tətbiqi ilə bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni daha da təkmilləşdirmək məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Xəbər lenti
0