https://sputnik.az/20240408/meral-aksener-y-partiya-sedrliyine-namized-olmayacaq-463801233.html
Meral Akşener "İYİ Partiya" sədrliyinə namizəd olmayacaq
Meral Akşener "İYİ Partiya" sədrliyinə namizəd olmayacaq
Sputnik Azərbaycan
Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib. 08.04.2024, Sputnik Azərbaycan
2024-04-08T15:45+0400
2024-04-08T15:45+0400
2024-04-08T15:45+0400
türkiyə
dünya xəbərləri
meral akşener
meral akşenər
meral akşener
iyi partiya
iyi
sədr
https://cdnn1.img.sputnik.az/img/41248/31/412483167_0:0:3470:1952_1920x0_80_0_0_729861c623e115c50eebe50fc6892749.jpg
BAKI, 8 aprel — Sputnik. Türkiyənin müxalif "İYİ Partiya" partiyasının başqanı Meral Akşener bu siyasi təşkilatın növbəti qurultayında yenidən sədrliyə namizəd olmayacağını açıqlayıb. "Hürriyet" qəzetinin məlumatına görə, bu barədə o jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. M.Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib. Siyasətçi qərarının səbəbini tam açıqlamasa da, sadəcə bunu deyib: "Biz bu qurultayda 2028-ci ildə keçiriləcək prezident seçkiləri üçün "yol xəritə"mizi müəyyənləşdirəcəyik. Mən elan edirəm ki, daha partiya sədrliyinə namizədliyimi verməyəcəm". Qeyd edək ki, qurultay aprelin 27-də keçiriləcək. Xatırladaq ki, M.Akşener 2023-cü il iyunun 24-də İYİ Partiyanın sədri seçilib. Müxalif siyasətçi sonuncu parlament seçkilərində 10 faizə yaxın səs toplayıb. Türkiyədə yerli özünüidarə orqanlarına keçirilmiş seçkilərdə Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə 35,53 faizlə ikinci sıradadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41248/31/412483167_267:0:3470:2402_1920x0_80_0_0_b9c098fb673f7a73e165417d14dd66fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, meral akşener, meral akşenər, meral akşener, iyi partiya, iyi, sədr
türkiyə, meral akşener, meral akşenər, meral akşener, iyi partiya, iyi, sədr
Meral Akşener "İYİ Partiya" sədrliyinə namizəd olmayacaq
Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib.
BAKI, 8 aprel — Sputnik. Türkiyənin müxalif "İYİ Partiya" partiyasının başqanı Meral Akşener bu siyasi təşkilatın növbəti qurultayında yenidən sədrliyə namizəd olmayacağını açıqlayıb.
"Hürriyet" qəzetinin məlumatına görə, bu barədə o jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
M.Akşener İYİ Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib.
Siyasətçi qərarının səbəbini tam açıqlamasa da, sadəcə bunu deyib:
"Biz bu qurultayda 2028-ci ildə keçiriləcək prezident seçkiləri üçün "yol xəritə"mizi müəyyənləşdirəcəyik. Mən elan edirəm ki, daha partiya sədrliyinə namizədliyimi verməyəcəm".
Qeyd edək ki, qurultay aprelin 27-də keçiriləcək.
Xatırladaq ki, M.Akşener 2023-cü il iyunun 24-də İYİ Partiyanın sədri seçilib. Müxalif siyasətçi sonuncu parlament seçkilərində 10 faizə yaxın səs toplayıb.
Türkiyədə yerli özünüidarə orqanlarına keçirilmiş seçkilərdə Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) isə 35,53 faizlə ikinci sıradadır.