https://sputnik.az/20240408/lukasenko-qerbin-belarusla-bagli-meqsedini-aciqladi-463807295.html
Lukaşenko Qərbin Belarusla bağlı məqsədini açıqladı
Lukaşenko Qərbin Belarusla bağlı məqsədini açıqladı
Sputnik Azərbaycan
Belarus lideri deyir ki, toqquşmanın qarşısını almaq üçün hər şeyi edə bilərik. 08.04.2024, Sputnik Azərbaycan
2024-04-08T20:16+0400
2024-04-08T20:16+0400
2024-04-08T20:16+0400
belarus prezidenti aleksandr lukaşenko
dünya xəbərləri
belarus
qərb
qərb
qərb
qərb
abş
abş
brüssel
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087362_0:0:3013:1696_1920x0_80_0_0_6aa73dbcf6c3452ae0b4667bdc0e2d5a.jpg
BAKI, 8 aprel — Sputnik. Qərbin məqsədi Belarusun "ən azı bir hissəsini" ələ keçirmək və ora xarici qoşunlar göndərməkdir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. "İnformasiya müharibəsi gedir, ilk növbədə mediada. İqtisadi müharibəni isə başqa cür adlandırmaq olmaz. Biz ölkəni qaynar müharibədən qorumaq üçün hər şeyi edirik. İndiyə qədər uğur qazanmışıq. Düşünürəm ki, biz toqquşmanın qarşısını almaq üçün hər şeyi edə bilərik, Belarus ərazisində həmişə belə olub", - Belta dövlət agentliyi Lukaşenkodan sitat gətirir. O qeyd edib ki, bu toqquşmanın təşəbbüskarları Qərbə gedən Belarus müxalifətçiləridir. "Biz onların orada nə etdiyini yaxşı bilirik. Onlar ABŞ-dan tutmuş Brüsselə qədər müxtəlif qərar qəbuletmə mərkəzlərinə, məsləhətçilərə qaçaraq pul istəyirlər. Kuratorlar onlara deyirlər ki, uşaqlar, biz artıq mediada olmuşuq, bizə daha qaynar bir şey lazımdır. Bu Moskvadakı "Krokus Siti" kimi terror aktları. Belarusda silahlı qarşıdurma. Məqsəd Belarusa girib heç olmasa bir torpaq sahəsini zəbt etmək, öz hakimiyyətini elan etmək və xarici qüvvələri bura dəvət etməkdir" - Belarus lideri bildirib.
qərb
abş
brüssel
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087362_0:0:2731:2048_1920x0_80_0_0_5db697f038451cfeedc1f4d8679aedfe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus prezidenti aleksandr lukaşenko, belarus, qərb, qərb, qərb, qərb, abş, abş, brüssel, brüssel, brüssel
belarus prezidenti aleksandr lukaşenko, belarus, qərb, qərb, qərb, qərb, abş, abş, brüssel, brüssel, brüssel
Lukaşenko Qərbin Belarusla bağlı məqsədini açıqladı
Belarus lideri deyir ki, toqquşmanın qarşısını almaq üçün hər şeyi edə bilərik.
BAKI, 8 aprel — Sputnik. Qərbin məqsədi Belarusun "ən azı bir hissəsini" ələ keçirmək və ora xarici qoşunlar göndərməkdir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"İnformasiya müharibəsi gedir, ilk növbədə mediada. İqtisadi müharibəni isə başqa cür adlandırmaq olmaz. Biz ölkəni qaynar müharibədən qorumaq üçün hər şeyi edirik. İndiyə qədər uğur qazanmışıq. Düşünürəm ki, biz toqquşmanın qarşısını almaq üçün hər şeyi edə bilərik, Belarus ərazisində həmişə belə olub", - Belta dövlət agentliyi Lukaşenkodan sitat gətirir.
O qeyd edib ki, bu toqquşmanın təşəbbüskarları Qərbə gedən Belarus müxalifətçiləridir.
"Biz onların orada nə etdiyini yaxşı bilirik. Onlar ABŞ-dan tutmuş Brüsselə qədər müxtəlif qərar qəbuletmə mərkəzlərinə, məsləhətçilərə qaçaraq pul istəyirlər. Kuratorlar onlara deyirlər ki, uşaqlar, biz artıq mediada olmuşuq, bizə daha qaynar bir şey lazımdır. Bu Moskvadakı "Krokus Siti" kimi terror aktları. Belarusda silahlı qarşıdurma. Məqsəd Belarusa girib heç olmasa bir torpaq sahəsini zəbt etmək, öz hakimiyyətini elan etmək və xarici qüvvələri bura dəvət etməkdir" - Belarus lideri bildirib.