SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Azərbaycana qarşı hərbi əməliyyata hazırlaşır? - Fərid Şəfiyev açıqladı

© Sputnik / Murad OrujovBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Abunə olmaq
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri deyir ki, Azərbaycan-Ermənistan sərhədində qoşun yığılır və bu da hər zaman olduğu kimi gərginliyi yüksək həddə saxlayır.
BAKI, 8 aprel — Sputnik. “Mən hərbi toqquşma ehtimalını yüksək qiymətləndirmirəm”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Ermənilər düşünməlidir ki, onların bütün hərbi tərxribatları uğursuzluqla nəticələnib. Bilirsiniz ki, Ermənistan tərəfi son 6-7 aydır ki, beynəlxalq arenada məqsədli şəkil Azərbaycanın təcavüzə hazırlaşması ilə bağlı uydurmaları ortaya atıb. Hesab edirəm sərhədlərin delimitasiya və demarkasiya prosesində yer alan 4 kənd məsələsindən yayınmaq üçün Ermənistan tərəfi təxribatçı hərəkətlər edir. Ona görə də, hesab etmirəm ki, hansısa irimiqyaslı bir toqquşmalar baş versin”, – BMTM sədri deyib.
O bildirir ki, Azərbaycan-Ermənistan sərhədində qoşun yığılır və bu da hər zaman olduğu kimi gərginliyi yüksək həddə saxlayır: “Məntiqlə fikirləşsək, Ermənistan Azərbaycana qarşı hər hansı irimiqyaslı əməliyyat aparmamalıdır, çünki uğursuz olacaq”
Qeyd edək ki, son günlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ilə sərhəd rayonlarda aktivliyinin artması müşahidə olunur. Yerli KİV-in yaydığı görüntülərdə Ermənistan orudu birləşmələrinin kalonlarının Azərbaycanla sərhədə doğru hərəkət etməsi qeydə alınıb.
Xəbər lenti
0