Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Zobun, arıqlamağın, cavanlaşmanın, bir sözlə, min bir dərdin dərmanı

© pixabay / Conger DesignQoz
Qoz - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Abunə olmaq
Yaşıl qozla rahat hazırlanmış qarışıq sizi bir çox xəstəliklərdən xilas edəcək.
Qoz çox faydalı bitkidir və xalq təbabətində qozun ləpələri, yarpaqları, arakəsmələri, qoz ağacının qabığı müxtəlif xəstəliklər və pozulmalar zamanı effektiv müalicə vasitəsidir.
Yetişməmiş yaşıl qozun faydalarını sadalamaqla bitməz. Kal qozun tərkibindəki faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Yetişmiş qoz omega yağlarının mənbəyi sayılırsa, yaşıl qoz da bir çox vitaminlərin (C, B qrupu, E, PP, karotin), mineralların (xüsusilə yod), antioksidantların, orqanik turşuların, yağ turşularının və s. kimi faydalı maddələrin mənbəyi hesab olunur. Yunan qozu adlandırılan bu bitkinin balla qarışığı xalq təbabətində "min bir dərdin dərmanı" sayılır. Bu qarışıq bir çox xəstəliklərin müalicəsində istifadə olunur, orqanizmin müxtəlif pozulmaları zamanı simptonların aradan qaldırılmasına yaxşı kömək edir.
Bu qarışıq qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir, qanı təmizləyir, qurdqovucu təsir göstərir, qara ciyəri və bağırsaqları təmizləyir, artıq çəkidən azad olmağa kömək edir, orqanizmi cavanlaşdırır, immun sistemini möhkəmləndirir, orqanizmə xərçəng əleyhinə təsir edir. Yaşıl qozun dəmləməsi xərçəngin bir çox növlərində xərçəng hüceyrələrinə öldürücü təsir göstərir. Yaşıl qozun dəmləməsindən, balla qarışığından və mürəbbəsindən boğaz ağrılarında, boğaz xərçəngində, zob xəstəliklərində geniş istifadə olunur. Tərkibi yodla zəngin olduğundan, zob xəstəliyindən, boğulmalardan əziyyət çəkənlər yaşıl qozdan və təqdim etdiyimiz bu qarışıqdan gen-bol istifadə edə bilərlər.
Yaşıl qozla balın qarışığını hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır. Qarışıq 2 ay müddətində quru, qaranlıq və sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlanılır. Onu vaxtaşırı qarışdırmaq lazımdır ki, bircinsli kütlə alınsın. Hazır qarışıq soyuducuda saxlanılır. Bu qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.
Xəbər lenti
0