https://sputnik.az/20240407/venesuelada-dunyanin-en-yasli-adami-vefat-edib-463754392.html
Venesuelada dünyanın ən yaşlı adamı vəfat edib
Venesuelada dünyanın ən yaşlı adamı vəfat edib
Sputnik Azərbaycan
1909-cu ildə El Kobredə dünyaya gələn Perez Moranın 11 övladı, 41 nəvə və 12 nəticəsi olub. 07.04.2024, Sputnik Azərbaycan
2024-04-07T16:31+0400
2024-04-07T16:31+0400
2024-04-07T16:31+0400
venesuela
dünya xəbərləri
yaşlı
yaşlı kişi
yaşlı insan
vəfat
vəfat
baba
nəvə
https://cdnn1.img.sputnik.az/img/07e8/04/05/463754225_0:0:3258:1833_1920x0_80_0_0_bd8b3722011d191f533100e0689e5a57.jpg
BAKI, 5 aprel — Sputnik. Venesuela sakini Xuan Visente Peres Mora 115 yaşında vəfat edib. O, dünyanın ən yaşlı adamı sayılırdı. Ölkə Prezidenti Nikolas Maduro bu barədə X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində bildirib. Xuan Visente Peres Mora Ginnesin Rekordlar Kitabına düşüb. Onun 114 yaş 339 gün yaşı var idi. Ölümün səbəbi tənəffüs yolları xəstəliyinin ağırlaşması hesab edilir. Maduro yazıb: "Mən onun ailəsini bağrıma basır və El Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verirəm". Uzunömürlülüyünün sirrini kişi özü açıb. O, davamlı işlədiyini, bol-bol dincəldiyini, tez yatdığını və gündə bir stəkan brendi içdiyini izah edib. Nəvələri deyirdilər ki, babaları mütəmadi olaraq dua edir, su içirdi. 1909-cu ildə El Kobredə dünyaya gələn Perez Moranın 11 övladı, 41 nəvə və 12 nəticəsi olub. Xatırladaq ki, 1973-cü ildə 168 yaşında dünyasını dəyişmiş azərbaycanlı Şirəli Müslümov da (26 mart 1805, Barzavu, Lerik rayonu – 2 sentyabr 1973, Barzavu, Lerik rayonu) dünyanın ən uzunömürlü sakinlərindən biri hesab olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/05/463754225_282:0:3013:2048_1920x0_80_0_0_070c4deb739d781cf01b56e1917be8b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
venesuela, yaşlı, yaşlı kişi, yaşlı insan, vəfat, vəfat, baba, nəvə
venesuela, yaşlı, yaşlı kişi, yaşlı insan, vəfat, vəfat, baba, nəvə
Venesuelada dünyanın ən yaşlı adamı vəfat edib
1909-cu ildə El Kobredə dünyaya gələn Perez Moranın 11 övladı, 41 nəvə və 12 nəticəsi olub.
BAKI, 5 aprel — Sputnik. Venesuela sakini Xuan Visente Peres Mora 115 yaşında vəfat edib. O, dünyanın ən yaşlı adamı sayılırdı.
Ölkə Prezidenti Nikolas Maduro bu barədə X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində bildirib.
Xuan Visente Peres Mora Ginnesin Rekordlar Kitabına düşüb. Onun 114 yaş 339 gün yaşı var idi. Ölümün səbəbi tənəffüs yolları xəstəliyinin ağırlaşması hesab edilir.
Maduro yazıb: "Mən onun ailəsini bağrıma basır və El Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verirəm".
Uzunömürlülüyünün sirrini kişi özü açıb. O, davamlı işlədiyini, bol-bol dincəldiyini, tez yatdığını və gündə bir stəkan brendi içdiyini izah edib. Nəvələri deyirdilər ki, babaları mütəmadi olaraq dua edir, su içirdi.
1909-cu ildə El Kobredə dünyaya gələn Perez Moranın 11 övladı, 41 nəvə və 12 nəticəsi olub.
Xatırladaq ki, 1973-cü ildə 168 yaşında dünyasını dəyişmiş azərbaycanlı Şirəli Müslümov da (26 mart 1805, Barzavu, Lerik rayonu – 2 sentyabr 1973, Barzavu, Lerik rayonu) dünyanın ən uzunömürlü sakinlərindən biri hesab olunur.