Tarixdə bu gün: 7 aprel – FOTO
© Sputnik / Elnur Salayev7 aprel
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 7 aprel — Sputnik. Aprelin 7-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 7-də kimlər dünyaya gəlib?
Çingiz Abdullayev (1959) - Azərbaycan Respublikasının xalq yazıçısı və Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, əsasən psixoloji və siyasi detektiv janrında yazır.
Frensis Ford Koppola (1939) - amerikalı kinorejissor, ssenarist və prodüserdir. Koppolanın çəkdiyi "Xaç atası" və Vyetnam müharibəsindən bəhs edən "Apokalipsis bu gün" filmləri ümumdünya şöhrəti qazanıb.
© AFP 2024 / MIGUEL RIOPA Francis Ford Coppola
Francis Ford Coppola
© AFP 2024 / MIGUEL RIOPA
Mark Rudinşteyn (1946-2021) - Sovet və Rusiya film prodüseri, aktyor, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisidir. O, "Kinotavr" film festivallarının yaradıcısı və prodüseri, həmçinin "Qızıl Qoç" film mükafatının təşkilatçısıdır.
Mark Rudinşteyn
© Sputnik / Евгения Новоженина
/ Ceki Çan (1954) - Honkonqun aktyoru, kinorejissoru, müğənni və döyüş ustasıdır. O, UNICEF-in xoşməramlı səfiri, Britaniya imperiyası ordeninin kavaleri, Çinin ən qədim "Çançun" kinostudiyasının baş direktorudur. Aktyor 100-dən çox filmdə baş rolda oynayıb və dünyada məşhur Asiyalı aktyorlardan biri sayılır. Çan kinoya verdiyi töhfəyə görə "Oskar" mükafatı laureatıdır.
© AP Photo / Chiang Ying-yingCeki Çan
Ceki Çan
© AP Photo / Chiang Ying-ying
Rassel Krou (1964) - Hollivud kinoaktyoru və rejissorudur. O, "Oskar", "Qızıl Qlobus", "BAFTA" və digər mükafatların qalibidir.
© Jordan Strauss / Invision / APRassel Krou
Rassel Krou
© Jordan Strauss / Invision / AP
Aprelin 7-də dünyada baş verən tarixi hadisələr
1348-ci ildə Praqada Avropanın ən qədim universitetlərindən biri və ilk Slavyan universiteti olan Karlov Universitetinin əsası qoyulub.
1795-ci ildə Fransanın Milli Konvensiyası uzunluq vahidlərini – metr, kütlə, və kiloqramı müəyyən edən metrik ölçülər sistemini tətbiq edən qanun qəbul edib. Daha sonra metr və kiloqramın platin prototipləri istehsal edilib.
1827-ci ildə ingilis əczaçı və kimyaçı Con Uoker müasir kibritlərin prototipinə çevrilən ilk "kükürdlü kibritləri" satmağa müvəffəq olub.
© Sputnik / Ilham MustafaKibrit çöpləri, arxiv
Kibrit çöpləri, arxiv
© Sputnik / Ilham Mustafa
1906-cı ildə Azərbaycanda ilk satirik jurnal olan "Molla Nəsrəddin"in ilk nömrəsi nəşr olunub. Görkəmli yazıçı Cəlil Məmmədqulizadənin redaktoru olduğu bu jurnal cəmiyyətin mütərəqqi qüvvələrini öz ətrafında toplayıb. Jurnalın redaksiyasında O.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, A.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları çalışıblar.
© Sputnik / Nigar Iskanderova"Molla Nəsrəddin" jurnalı
"Molla Nəsrəddin" jurnalı
© Sputnik / Nigar Iskanderova
1926-cı ildə ingilis qadın Violet Gibson İtaliya diktatoru Benito Mussoliniyə sui-qəsd etməyə cəhd edib, lakin güllə onun yalnız burnuna dəyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.